“Avtobuslar metronun da yükünü çəkir, çıxış yolu isə yoxdur...” – Nəqliyyat ekspertindən BƏDBİN AÇIQLAMA

“Avtobuslar metronun da yükünü çəkir, çıxış yolu isə yoxdur...” – Nəqliyyat ekspertindən BƏDBİN AÇIQLAMA
Bakı metrosunun pandemiya ilə əlaqədar fəaliyyətini dayndırması alternativ nəqliyyat vasitələrində sıxlığa gətirib çıxarıb. Avtobuslarda müşahidə edilən sərnişin sıxlığı isə ciddi narazılıqlara səbəb olur.

Yəqin ki, əksəriyyət gün ərzində "Adam çoxdur, hara saxlayırsan?” və ya "Dayanacaqda dayanma, birbaşa sür” kimi iradlarla sürücüləri günahlandıranlarla az rastlaşmır.
 
Əslində günahkar kimdir? Avtobusların sərnişin limiti varmı və problem necə aradan qaldırıla bilər? 
 
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a avtobuslarda sərnişinlərlə bağlı müəyyən qaydaların olduğunu deyib:

"Düzdür, şəhərlərarası daşımalarda ayaqüstdə sərnişin daşıması qadağandır. Amma şəhərdaxili nəqliyyatda buna qanunla icazə verilir. Bəzi avtobuslarda istehsalçı zavod oturacaq sayını və ayaqüstdə sərnişin sayını müəyyənləşdirir və bu məlumat qapının girişində - hər iki tərəfdə qeyd edilir. Ümumilikdə qanuncericilikdə bununla bağlı konkret nəsə yoxdur. Buna görə də bu gün avtobus sürücülərini də, sərnişinləri də anlamaq mümkündür. İnsanlar dayanacaqlarda dayanırlar, avtobusların sayı məhduddur. Belə olan halda, hamı mənzilbaşına vaxtında çatmaq istəyir. Bunun üçün də ictimai nəqliyyat normal şəkildə işləməli, avtobusların sayı yetərincə olmalıdır”.

Ekspert vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, hazırda paytaxtda 2100 civarında avtobus xidmət göstərir:

"Bu say isə hətta pandemiyadan əvvəlki dövrdə belə yetərincə olmayıb. Bakı şəhərində aparılan təhlillərə görə, metro işləyə - işləyə 2500 avtobus sərnişinlərin tələbatını ödəyə bilər. Bu qədər avtobus isə Azərbaycanda təbii ki, yoxdur. Üstəlik metro da bağlıdır. Metronun gün ərzində bir milyondan çox , avtobusların da 2 - 2,2 milyon civarında sərnişin daşıdığını nəzərə alsaq, bu gün metronun yükü avtobusların çiynindədir. Avtobuslar isə heç adi günlərdəki tələbatı yerinə yetirə bilmir. Beləliklə problem özünü qabarıq şəkildə göstərir. Bu baxımdan nə sərnişinləri, nə də avtobus sürücülərini qınayıram. Reallıqla barışmaq lazımdır.

Hamı evinə vaxtında çatmaq istəyir, kimə demək olar ki, "Avtobusa minmə, düş”. Əlbəttə, qapıları açıq qoymaq, sıxlıq yaratmaq olmaz. Pandemiya dövründə bu, təhlükəlidir. Amma kimə deyək? Sürücüyə irad bildirəndə heç kimin düşmək istəmədiyini, məcbur olduğunu deyir. Hamı yüksək maaş almır ki, gündə taksi ilə gedib gəlsin, yaxud, şəxşi avtomobildən istifadə etsin. İnsanlar məcburən bu vəziyyətə düşüblər. Çıxış yolu isə yoxdur. Əvvəllər ictimai nəqliyyatın digər növləri yaradılmış olsaydı – tramvay, trolleybus - yəqin ki, bu  vəziyyətə gəlib düşməzdik”.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...