Avtobus dirəyə çırpıldı, 7 nəfər öldü
11:20 / 21.01.2017
920
İtaliyada 7 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
AzVision.az "Ria Novosti”yə istinadən xəbər verir ki, yol qəzası yanvarın 20-də axşam Verona şəhərində qeydə alınıb.
Xilasetmə xidmətindən bildirilib ki, idarəetməni itirən avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb. Qəzada 7 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Qeyd olunub ki, ölənlərdən biri, avtobus sürücüsü Fransa vətəndaşıdır. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.