Avropa Məhkəməsi Ramil Səfərovla bağlı qərarını verdi - TƏFƏRRÜAT

Avropa Məhkəməsi Ramil Səfərovla bağlı qərarını verdi - TƏFƏRRÜAT
 

Avropa İnsan Haqları Məhkəməsi Ermənistan vətəndaşlarının Azərbaycana qarşı iddiası ilə bağlı qərar çıxarıb.

Sfera.az  xəbər verir ki, mayın 26-da AİHM Ermənistan Silahlı Qüvvələrinin zabiti Qurgen Markaryanın öldürülməsi faktı üzrə "Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı" iddiasına dair hökm verib. Makuçyanın və Minasyanın Azərbaycana və Macarıstana qarşı işi üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır. AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (həm Azərbaycan, həm də Macarıstan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib: "Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə əməl ediblər. Azərbaycan ərizəçilərə 15,143 funt strerlinq təzminat ödəməlidir”.

İşin materiallarına görə, Azərbaycanın işğal altında olan Cəbrayıl rayonunda anadan olmuş Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. O, kurs yoldaşı, milliyyətcə erməni olan Qurgen Markaryanı təhqirə görə qətlə yetirib və 2006-ci il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib. O, Azərbaycanda əfv olunub. Həmin vaxt ölmüş erməni hərbçisinin ailəsi hüquqi prosedurları başladıb. Nəticədə, AİHM-ə şikayət edilib. İddiaçı tərəf bildirib ki, hərbçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda, AİHM qarşısında ayrı-seçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirib.

Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkməsi üçün məcburedici təminat almadan Macarıstanın Azərbaycan tərəfinin tələbini təmin etməsini Konvensiyanın 2-ci maddəsinin pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Hayk Makuçyan Qurgen Markaryanın hüquqi nümayəndəsi, Samvel Minasyan isə qohumudur. Lakin 1958-ci il təvəllüdlü Minasyan sonradan öldüyünə görə iddianı onun əvəzinə dul arvadı və iki övladı davam etdirib.


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...