İdman

Avropa Liqasının püşkü atıldı: Klublarımızın rəqibləri bəlli oldu

Avropa Liqasının püşkü atıldı: Klublarımızın rəqibləri bəlli oldu
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Sfera.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayan püşkatma mərasimində ölkəmizi sözügedən turnirdə təmsil edən "Qəbələ”, "Keşlə” və "Neftçi”nin də rəqibləri müəyyənləşib.

Püşkatmanın nəticəsinə görə, "Qəbələ” Lüksemburqun "Proqres” klubu ilə üz-üzə gələcək. "Neftçi”nin rəqibi isə Macarıstan "Uypeşt”idir. "Keşlə” isə Malta "Baltsan”ına rəqib olub.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

XƏBƏR LENTİ