Avropa Liqasında 46 matç keçiriləcək

Avropa Liqasında 46 matç keçiriləcək

Bu gün Avropa Liqasında II təsnifat mərhələsi start götürəcək.

Sfera.az xəbər verir ki, üç gün ərzində 46 qarşılaşma keçiriləcək. 

Bu oyunlardan 37-si Əsas yol çərçivəsində baş tutacaq. Digər 9 cütdə isə Çempionlar Liqası ilə vidalaşan komandalar üz-üzə gələcəklər. 

Azərbaycanın iki komandası da meydana çıxacaq. "Neftçi” səfərdə Rusiya "Arsenal”ı, "Qəbələ” evdə Gürcüstan "Dinamo”su ilə görüşəcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları avqustun 1-də baş tutacaq. 


OXŞAR XƏBƏRLƏR