Avropa Birliyi tibbi marixuananın istifadəsinə icazə verdi – İLK DƏFƏ

Avropa Birliyi tibbi marixuananın istifadəsinə icazə verdi – İLK DƏFƏ
 

Avropa Birliyi ilk dəfə tibbi marixuananın müalicə məqsədilə tətbiqinə rəsmi icazə verdi. Söhbət Epidyolex adlı tərkibi kannabidiol olan preparatdan gedir. Bu dərman uşaq epilepsiyasının ağır formaları üçündür.

Sfera.az medicina.az-a istinadən bildirir ki, bir neçə ildir Avropa Birliyi bu qərarı verib verməmək barədə müzakirələr aparır. Çünki bu qərar illərdir marixuana bir çox xəstəliklərin dərmanıdır mifinin həqiqət olduğunu dolayısı ilə təsdiq etmək deməkdir.

Hazırda Epidyolex 2 yaşa kimi uşaqlarda epileptik tutmalarda artıq heç bir digər dərmanlar təsir etmədikdə xüsusi mütəxəssis icazəsi və möhürü ilə reseptlə satılacaq.

Hazırda digər farmakoloji şirkətmarixuana tərkibli ağrıkəsici tamponların satışı üçün icazə almaq uğrunda çarpışır. Onların sözlərinə görə, bu tampon ağrını dərhal kəsir. Qadınlarda bir çox ginekoloji ağrılar, əməliyyat sonrası və doğuş ağrıları üçün nəzərdə tutulub


OXŞAR XƏBƏRLƏR