Avropa Birliyi rəsmisi İtaliyadan üzr istədi: “SİZİ TƏK QOYDUQ...”

Avropa Birliyi rəsmisi İtaliyadan üzr istədi: “SİZİ TƏK QOYDUQ...”

Avropa Birliyi koronavirus pandemiyası zamanı yardımsız qalan İtaliyadan üzr istəyib.


Sfera.az xarici mətbuata istinadla bildirir ki, İtaliyada koronavirus pandemiyasının tüğyan etdiyi bu ağır dönəmdə ölkə müvəqqəti olaraq yardımsız qaldığına görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen rəsmi şəkildə İtaliya hökumətindən üzr istəyib.

 

Fon der Lyayen böyük dünya dövlətləri başçılarının ilk növbədə öz millətlərinin sağlamlığı barədə düşündüklərini vurğulayıb.

 

"Etiraf etmək lazımdır ki, böhranın başlanğıcında Avropa həmrəyliyinə ehtiyac olduğu zaman dövlətlərin böyük əksəriyyəti yalnız öz milli problemləri haqda düşünürdü”,- deyə o, əlavə edib.

 

Hazırda Avropa Birliyi layihə hazırlayıb və onun köməyi ilə üzv ölkələrə lazımi dəstək veriləcək. Bu, xüsusilə koronavirusdan daha çox zərər çəkmiş və ciddi itkilər verməyə davam edən dövlətlərə aiddir. Bunun üçün 100 milyard avro ayrılması nəzərdə tutulub.


Fon der Lyayenin sözlərinə görə, bu, əhalinin gəlir itkisinin böyük bir hissəsini kompensasiya etməlidir. Avropa həmçinin koronavirus epidemiyası zamanı həyati çətinliklərlə qarşılaşan vətəndaşlara zəmanətli kreditlərin verilməsi haqda saziş imzalayıb.


Qeyd edək ki, bu günə qədər İtaliyada 110 min nəfər infeksiyaya yoluxub. 13 mindən artıq insan həlak olub. Bu, bütün dünyada koronavirusdan ölənlərin ən yüksək göstəricisidir. Hazırda ölkədə epidemiya ilə bağlı vəziyyət sabitləşməyə başlayır.
 
Selcan
Sfera.az

OXŞAR XƏBƏRLƏR