AVRO-2020: Türkiyə millisi bu gün Bakıda ilk oyununu keçirəcək

AVRO-2020: Türkiyə millisi bu gün Bakıda ilk oyununu keçirəcək
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək.

Sfera.az-ın məlumatına görə, günün ilk matçı B qrupuna təsadüf edəcək. İlk turda meydan sahiblərindən Danimarkaya qalib gələrək sensasiyaya imza atan Finlandiya millisi birinci matçda Belçikaya 0:3 hesabı ilə uduzan Rusiya yığmasının qonağı olacaq. Sankt-Peterburqdakı eyniadlı arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu niderlandlı referi Denni Makkeli idarə edəcək. Hazırda finlandiyalılar 3 xalla qrupda 2-ci, xalı olmayan rusiyalılar isə sonuncudur.

Günün qalan 2 oyunu A qrupunda olacaq. Açılış matçında Romada İtaliyaya 0:3 hesabı iləməğlub olan Türkiyə millisi qrupdakı ikinci görüşünü Bakıda keçirəcək. "Ay-ulduzlular" Bakı Olimpiya Stadionunda Uels yığması ilə üz-üzə gələcək. Britaniyalılar birinci turda bu arenada İsveçrə ilə heç-heçə edib - 1:1. Saat 20:00-da start götürəcək oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda qrupda xalsız yeganə komandadır. 1 xalı olan Uels millisi isə İsveçrə ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.

A qrupunun digər matçında isə turnirin favoritlərindən İtaliya millisi İsveçrə yığmasını qəbul edəcək. Romadakı "Olimpiko" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək. Hazırda Roberto Mançinin başçılıq etdiyi kollektiv 3 xalla qrupun lideridir.

Avropa çempionatı

A qrupu, II tur

20:00. Türkiyə - Uels

Baş hakim: Artur Diaş (Portuqaliya)

Bakı, Bakı Olimpiya Stadionu

23:00. İtaliya - İsveçrə

Baş hakim: Sergey Karasyov (Rusiya)

Roma, "Olimpiko" stadionu

Xal durumu: İtaliya - 3, İsveçrə - 1, Uels - 1, Türkiyə - 0

B qrupu

17:00. Finlandiya - Rusiya

Baş hakim: Denni Makkeli (Niderland)

Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu

Xal durumu: Belçika - 3, Finlandiya - 3, Danimarka - 0, Rusiya - 0


OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...