"ATV" öz məhsullarını başqa kanala hədiyyə etdi - RƏSMİ AÇIQLAMA

Azərbaycanın ən baxımlı kanalından ölkənin ilk uşaq telekanalına dəstək.

"ATV" telekanalının dublyaj etdiyi cizgi filmləri "ARB Günəş"in efirində yayımlanacaq.

Məsələ ilə bağlı "ATV" telekanalından rəsmi açıqlama verilib:

"Biz balaca tamaşaçılarımız üçün çeşidli cizgi filmlərini dublyaj edirik. Bu məhsullar efir torumuzda geniş şəkildə yer alır. Lakin biz tematik telekanal olmadığımız üçün, efirmizdə məhsullarımızın yalnız bir hissəsinə yer verə bilirik. Bu səbəbdən, istehsal etdiyimiz məhsulların bir bölümünü "ARB Günəş" telekanalına hədiyyə edəcəyik. Azyaşlı tamaşaçılarımız məhsullarımızın bir hissəsini bir ildən artıqdır uğurlu fəaliyyəti ilə diqqət çəkən, uşaq telekanalı "ARB Günəş"in efirində izləyə biləcəklər".

"ARB Günəş" televiziyasının rəsmi açıqlamasında "ATV"nin bu addımı yüksək qiymətləndirilib:

"Bu addım bizim üçün çox xoş oldu. "ATV" telekanalının rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.  Bu bizim üçün olduqca sevindirici haldır. "ARB Media Qrup"un tərkibində fəaliyyət göstərən, ölkənin ilk uşaq telekanalı "ARB Günəş" 1 ildən çoxdur ki, azyaşlı tamaşaçılarımız üçün maraqlı telelayihələr və cizgi filmləri təqdim edir. Efir torumuzu daim yeniləyərək, balaca tamaşaçılarımızı sevindirməyə çalışırıq. Qısa müddət ərzində telekanalımız uşaqların sevimlisinə çevrilib. Lakin maliyyə imkanlarımız məhsullarımızın sayını daha da artırmağa hələ ki, imkan vermir. "ATV"nin bu dəstəyi bizim üçün çox dəyərlidir. Bu təkcə bizə deyil, yüz minlərlə azyaşlı tamaşaçılara da bəxş olunan çox qiymətli hədiyyədir".

Qeyd edək ki, "ARB Günəş" telekanalını peykdə və kabel televiziyaları vasitəsilə izləmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...