ATƏT-in Minsk Qrupu niyə susur? – Cəbhədə baş verənlər həm də onların məsuliyyətsizliyidir

ATƏT-in Minsk Qrupu niyə susur? – Cəbhədə baş verənlər həm də onların məsuliyyətsizliyidir

"Səfərbərlik çağırışları göstərir ki, cəmiyyətimiz düşmənin ərazilərimizdən qovulması üçün kifayət qədər əzmkar əhval-ruhiyyədədir”.


Sfera.az-a açıqlamasında bu sözləri Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatlara əl atması və cəbhədə baş verən proseslərə münasibət bildirərkən Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.


 


Partiya rəhbərinin sözlərinə görə, hadisənin Azərbaycan Ermənistan sərhədində baş verməsi olayın məhz İrəvan tərəfindən qaynaqlanan təxribat kimi qiymətləndirməyə əsas verir:

 

"Azərbaycanın işğal altındakı ərazilərini azad etməsi onun suveren hüququdur. Azərbaycan tərəfi döyüş əməliyyatlarının başlanması təşəbbüskarı olsaydı, döyüşlər Qarabağ ərazisində baş verərdi. İrəvan daxildə yaranmış böhranlı vəziyyətdən diqqəti yayındırmaq məqsədilə sərhədimizdə belə bir təxribatı törədib. Alınan məlumata görə, cavab atəşilə onların təxribatının qarşısı alınıb”.

 

A. Hacılının fikrincə, baş verən hadisə ilə bağlı müəyyən bəlli nəticələr çıxarmaq üçün əsaslar var: "Döyüş əməliyyatları gedən dövrdə Azərbaycan cəmiyyətinin davranışı, Qaradağ və Tovuz rayonlarında gənclərimizin döyüş bölgəsinə getmək istəyini ortaya qoymaları, səfərbərlik çağırışları göstərir ki, cəmiyyətimiz düşmənin ərazilərimizdən qovulması üçün kifayət qədər əzmkar əhval-ruhiyyədədir”.

 

"Bu hərbi avantüranın arxasında şəxsən Nikol Paşinyan dayanır”.



Bu sözlər Milli Məclisin deputatı Elman Nəsirova məxsusdur: "Düşmən Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində növbəti hərbi avantüraya əl atıb. Bunun da arxasında Ermənistanın baş naziri Nikol Paşinyan dayanır. Görünür, daxildə hakimiyyəti üçün ciddi riskər yarandığından bu qədər təhlükəli addıma getməkdən çəkinməyib. Erməni xalqı Paşinyanı hakimiyyətə gətirməkdən peşman olub.

 

Son iki ildə Ermənistanda əhalinin vəziyyəti daha da bərbad duruma düşüb. Pandemiya isə erməni əhalisinin vəziyyətini daha fəlakətli hala gətirib. Belə olan halda Paşinyan özünü xilas haqqında düşünür və xalqın diqqətini əsas məsələdən, ölkədaxili problemlərdən yayındırmaq üçün klassik formadan istifadə edir. Belədə əsas diqqəti cəbhə bölgəsinə yönəltməklə, ermənilərdə guya süni vətənpərvərlik duyğusu yatarmağı düşünürlər”.

 

Deputat baş verən təxribatla bağlı ATƏT-in Minsk Qrupunu da suçlayıb: "Onların səsi çıxmır. Yəqin ki, çıxacaq. Ancaq bu zaman da ənənəvi bəyanat verəcəklər ki, təmas xəttində gərginliyin artmasından narahatdırlar, tərəfləri atəşkəsi dayandırmağa və gərginliyi aradan qaldırmaqla bağlı qarşılıqlı səylərə dəvət edirik. Yəni, yenə də dişsiz, ünvansız bəyanat verəcəklər. Belə bəyanatlarla münaqişə həll oluna bilməz. Ona görə də ATƏT-in Minsk Qrupu artıq özünü buraxmalıdır. Bütün hallarda baş vermiş hadisəyə görə Minsk qrupunun fəaliyyətsizliyi rol oynayıb”.


Həmsöhbətimizin fikrincə, bundan sonra hadisələrin hansı istiqamətdə cərəyan edəcəyinin bütün məsuliyyəti Ermənistanın, ona himayədarlıq edən tərəflərin və məsuliyyətsizcəsinə seyrçi mövqedə dayanan ATƏT-in Minsk Qrupunun, beynəlxalq ictimaiyyətin üzərinə düşür: "Azərbaycan bu halda heç bir məsuliyyət daşımayaraq, BMT nizamnaməsinin 51-ci maddəsinə istinad edərək, fərdi və kollektiv müdafiə hüququndan istifadə edə bilər. Bu hüquq müharibə yolunu da istisna etmir”.

 

"Bu təxribatla düşmən Azərbaycanın dövlət sərhədinə qəsd etdi və bunun Qarabağla heç bir bağlılığı yoxdur”.



Bu sözləri isə sayta açıqlamasında politoloq Cümşüd Nuriyev söyləyib:

 

"Bu olay əslində Ermənistan tərəfdən çoxdan hazırlanmış təxribat idi. Düşmən həm Qarabağdan diqqəti yayındırmaq, həm daxili problemlərini başqa istiqamətə yönəltmək, eyni zamanda Rusiyanı sınağa çəkmək və Qərbə mesaj vermək üçün buna çoxdan hazırlaşırdı. Onlar təxribatı sərhəd bölgəsində həyata keçirməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Rusiyanı Azərbaycana qarşı qaldırmağı planşaldırıblar.

 

Yəni bu avantüra tək Azərbaycana qarşı deyildi, həm də Rusiyaya qarşı idi. Belədə İrəvan həm də Rusiyanı şantaj etdi. Təəssüf ki, hələ də məsələ barədə Xarici İşlər Nazirliyi heç bir bəyanatla çıxış etməyib. ATƏT-in həmsədr ölkələrindəki səfirlərimiz də həmişəki kimi reaksiya vermir. Siyasi partiyalar, deputatların da əksəriyyəti susur. Hamı gözləyir ki, Ali Baş Komandan bunu etsin. Başa düşmürəm, bu vətən ancaqPrezidentindir? Bu dəqiqə hər kəs dövlətin, millətin, ordunun yanında olmalı və bu məsələdə Prezidenti dəstəkləməliyik”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...