Sİyasət

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək
ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin yaxın vaxtlarda Cənubi Qafqaza səfəri gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstana bir sıra ölkələrin ATƏT-dəki 30-a yaxın daimi nümayəndəsi səfər edəcək.

Azərbaycanın ATƏT-dəki səfiri eyni zamanda vurğulayıb ki, Ermənistan onun Yerevana səfər edəcək nümayəndə heyətinin tərkibində iştirakına qarşı çıxır.

Q.İsrafilovun sözlərinə görə, səfər zamanı nümayəndə heyəti region ölkələrindəki mövcud vəziyyətlə tanış olacaq.
 
AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031