\"Atamı tanımıram\" - Aysun İsmayılova - VİDEO

\
"Anam evləndikdən sonra hiss etdim ki, mənim atam var"

ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən Aysun, doğma atasından söz açıb:

"Nə elə bir atamız, nə babamız, nə elə bir qardaşımız, nə də anamın həyat yoldaşı olmayıb. Həmin vaxt atamla boşandığı vaxtlar idi. Həmin vaxt mənim 3 yaşım var idi, hal-hazırda atam yanımdan keçsə, onu tanımaram".

Daha sonra aparıcının "atanla görüşmürsüz?" sualına qəlbi qırılmış Aysunun cavabı da ürəkləri dağlayıb:

"Görüşmürsüz deyəndə ki, mən 14 yaşım olanda onu axtarıb tapmışdım. Anamdan xəbərsiz nənəm ilə birgə rayona gedib atamı tapmışdım. Amma o istəmədi. Qarşıma çıxmadı. Dedi ki, artıq mənim övladlarım var, mənim ailəm var, istəmirəm. Daha sonra mən məşhurlaşdıqca eşidirdim ki, tanımaq istəyir. Amma mən istəmirəm.

Əvvəllər həyətdə oynayarkən hansısa bir qızın atası gəlib onu qucaqlayanda çox pis olurdum. Tez qaçıb evə qalxırdım və mən də anamı qucaqlayırdım. Amma anam ailə həyatı qurduqdan sonra hiss etdim ki, mənim doğurdan da atam var".


OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...