“ASAN xidmət” mərkəzləri bağlandı

“ASAN xidmət” mərkəzləri bağlandı
 

"ASAN xidmət” və "ASAN Kommunal” mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Sfera.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 2020-ci il martın 15-dən 19-dək məhdudlaşdırılır.

Dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 "Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək. Müraciətdə sorğu edilən xidmətin zəruri olması müəyyən edildikdə, vətəndaş aidiyyəti "ASAN xidmət” mərkəzinə yönləndiriləcək və ya ona səyyar xidmət göstəriləcək. Vətəndaşları qəbul edəcək mərkəzlər və səyyar xidmət göstərəcək əməkdaşlar insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin ediləcəkdirlər.

15-19 mart tarixlərinə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

Bundan əlavə, vətəndaşlara "Elektron hökumət” portalında (//www.e-gov.az) mövcud olan elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir.

Eyni zamanda vətəndaşların nəzərinə çatdırılır ki, 2020-ci il martın 20-28-i Novruz bayramı ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günləri olacaq.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...