ASAN-dan faydalı layihə

ASAN-dan faydalı layihə
 
"ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən "Hərəyə bir kitab bölüşək” layihəsi başa çatıb.
Sfera.az AzərTac-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi gənclərimiz arasında kitab oxumaq vərdişini aşılamaq və kitab mütaliəsinə maraq yaratmaq, onlar arasında mütaliəni həyat tərzinə çevirməkdir. Bütün mərhələləri uğurla başa vuran layihənin altı iştirakçısı final mərhələsində oxuduqları kitabları təqdim ediblər.
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, fəlsəfə doktoru Mail Yaqub, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Türanə Qasımova, "ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov finalçıların təqdimatlarını qiymətləndiriblər.
Münsiflərin səsverməsi ilə Xalid Hüseyninin "Min möhtəşəm günəş” əsərini təqdim edən Fatma Uğurliyeva birinci, İvan Qonçorovun "Oblomov” əsəri ilə Diana Abbasova ikinci, Dan Brownun "DaVinçi şifrəsi” əsəri ilə Fatimə Gülmalıyeva isə üçüncü yerə layiq görülüblər.
Tədbirdə B.Vəziroğlu və M.Yaqub kitab oxumağın önəmindən, faydasından danışıb, gənclərin kitaba olan marağının yaranmasında bu cür layihələrin əhəmiyyətini xüsusi vurğulayıblar.
Sonda qaliblərə sertifikatlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...