“Arsenal”dan “Qarabağ”la oyundakı insidentə görə açıqlama: Tədbirlər görüləcək

“Arsenal”dan “Qarabağ”la oyundakı insidentə görə açıqlama: Tədbirlər görüləcək
İngiltərənin "Arsenal” klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda "Qarabağ”la görüşdə baş vermiş insidentə görə təhlükəsizlik təbdirlərini gücləndirəcək.

 
Sfera.az "Report”a istinadən xəbər verir ki, bu barədə klubdan "Sky Sport”a bildirilib. 

London təmsilçisi dekabrın 13-də baş verən insidentin fonunda təhlükəsizlik məsələsinə təkrar baxacaq: "Emireyts” stadionunda təhlükəsizlik tədbirləri davamlı gözdən keçirilir. Cümə axşamı baş verən insidentin fonunda kənar şəxslərin meydançaya girməsinin qarşısını almaq üçün daha nələr etməyin mümkünlüyünə baxacağıq. Bizim arenada bu cür hadisələr nadir hallarda baş verir. Çünki təlim keçmiş stüardlarımız bu cür cəhdlərə nəzarət edirlər”.

Qeyd edək ki, UEFA "Arsenal”ın 1:0 hesabı ilə qalib gəldiyi matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin "Dağlıq Qarabağ"dakı separatçı rejimin bayrağı ilə meydana daxil olmasına görə intizam işi açıb.

OXŞAR XƏBƏRLƏR

"Barça" ən bahalı oyunçularından birini SATACAQ

"Barselona" yay transfer pəncərəsində heyətində böyük dəyişikliklərə hazırlaşır.   Sfera.az xəbər verir ki, Kataloniya klubu artıq yolları...

İlham Əliyevin BƏƏ sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü BAŞLADI

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhmə...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...