“Arsenal” Məsut Özillə yolları ayırır

“Arsenal” Məsut Özillə yolları ayırır
 

"Arsenal” (İngiltərə) türk əsilli futbolçusu Məsut Özili qış transfer dönəmində icarəyə verməyə hazırlaşır. 

Sfera.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Lakin hücumameyilli yarımmüdafiəçinin London klubundan ayrılmaq istəmədiyi bildirilir. Ehtiyatda qalan 30 yaşlı futbolçunun klubla bağlı problemlərinin olması isə "topçular”ın onu istəmədiyini göstərir. 

Xəbərdə "Arsenal”ın yayda onu komandadan çıxartmağa çalışdığı, amma bunun nəticə vermədiyi vurğulanıb. Bildirilib ki, futbolçunun hər dəfə klubla etibarlı bir müqaviləsi olduğunu söyləməsi (2021-ci ilin iyununa qədər) onun qalmaq fikrini ifadə edir. 

Qeyd edək ki, Almaniya millisinin üzvü 2013-cü ilin sentyabrında Premyer Liqa klubunun heyətinə qatılıb. M. Özil burada ayda 1.6 milyon avro qazanır. Futbolçunun hazırkı bazar dəyəri isə 25 milyon avrodur.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...