Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi
 

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev növbəti dəfə Türkiyəyə müalicəyə gedib.

Sfera.az milli.az-a istinadən  xəbər verir ki, bu barədə oxu.az-a Xalq artisti Mənsum İbrahimov məlumat verib. 

Onun sözlərinə görə, Xalq artisti dünən növbəti dəfə müayinə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Hazırda Arif Babayevin vəziyyəti yaxşıdır. Səhhətində hər hansı problem yoxdur. Xalq artistinin həkimi Türkiyədə olduğu üçün tez-tez ora müayinələrə və fizioterapiyaya gedir.

 

Qeyd edək ki, 81 yaşlı Arif Babayev Türkiyədəki xəstəxanalardan birində ayağından əməliyyat olunub. 


OXŞAR XƏBƏRLƏR