\"\"Araz\" marketdə müştərilərin bonusu \"yoxa çıxır\" - ŞİKAYƏT + AÇIQLAMA

\
 "Araz"  mağazalar şəbəkəsi oğurluqda ittiham olunur.
 
Bakıda fəaliyyət göstərən "Araz" Marketlər Şəbəkəsi müştərilərin alış-veriş etdiyi kartlardakı bonusları öz kartlarına daxil edir.
 
Bu kartlarla bağlı mətbuatda mütəmadi olaraq yazılar yayımlanır. 
 
AZXEBER.COM-a şikayət edən müştəri, Haniyə Ərdəbili bildirib ki, "Araz" marketdə bonusları "yoxa çıxır": "Mən uzun müddətdir ki, Araz marketdən alış-veriş edirəm. Təbii ki, bir çox marketlərdə olduğu kimi Araz marketdə də, kart təqdim edilir və bizim alış-veriş etdiyimiz bonuslar həmin karta daxil edilir. Mən bu gün kartımı yoxlatdırdım və diqqətimi çəkən məqam oldu ki, 480 bonusdan – cəmi 12 bonus qalıb. Bu necə ola bilər ? Əslində hər dəfə baxırdım nəsə azalır, amma fikir vermirdim, bu gün əmin oldum ki, alış-verişdən topladığım bonuslar oğurlanır və yenidən öz ciblərinə gedir. Böyük bir market şəbəkəsi bu oğurluğu niyə etməlidir ? Bəlkə də düşünürlər ki, mən turistəm və asanlıqla bonusumu oğurlayıblar. Düşünürəm ki, bu hörmətsizlikən yaranan qalmaqal digər müştərilərin diqqətini çəkəcək və mağaza öz müştərilərini yavaş-yavaş itirməyə başlayacaq.
 
Məsələylə bağlı Araz Marketin rəsmi açıqlamasını təqdim edirik: ""Araz" Supermarketlər şəbəkəsində digər marketlərdən fərqli olaraq hər 10 manat dəyərində alış-verişə görə müştəri kartına 1 bonus yüklənir. Bir bonus 0.20 manat dəyərindədir. Bonus kartlarda toplanan bonusları müştərilərimiz alış-veriş edən zaman ödəniş kimi istifadə edə və yaxud da hədiyyə qarşılığını müştəri xidmətlərindən əldə edə bilər. Hənifə Ərdəbili adlı müştəri Araz Supermarketlər şəbəkəsinin bonus sitemində qeydiyyatda yoxdur. 
Ümumiyyətlə, adı qeyd olunan müştəri bonus kartla bağlı bizə müraciət etməyib. Bundan başqa şəkildə qeyd olunan bonus kartın alış-veriş tarixçəsinə baxıldı. Alış veriş tarixçəsinə əsasən müştərinin qeyd etdiyi kimi 480 bonusun toplanması qeyri mümkündür. Müştəri bonusların toplanmasında neqativ hallların olduğunu iddia edir. Biz müştərinin razılığı olarsa alış-veriş hərəkətlərini və bonus xalların toplanmasında heç bir neqativ halın olmadığını göstərə bilərik. Əgər müştərilərimiz bonus kartla bağlı hər-hansı bir neqativ halla qarşılaşarsa 012924 nömrəsinə zəng edərək və ya facebookda yazaraq bizi məlumatlandıra bilərlər. Müştərilərimiz "müştəri hüquqları” və bonus kart ilə bağlı ətraflı məlumatı //arazmarket.az/ saytından əldə edə bilərlər.
Sfera.az


 
 


OXŞAR XƏBƏRLƏR

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi BAĞLADI

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024)&nb...

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...