\"Aramızda “uzunqulaq”, “tarakan” damğasını haqq edənlər var\" - Deputat

\
"Sosial şəbəkələrdə İrandan Ermənistana, oradan da Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan hissəsinə yanacaq daşıyan bəzi azərbaycanlı sürücülərini tənqid və hətta təhqir edirlər. O sürücülər mənən yazıq, yazıqdan yazıq adamlardılar”.
 
Sfera.az bildirir ki, bunu deputat Sahib Alıyev deyib. 

"O sürücülərə Qarabağa yanacaq daşıtdıranların məqsədi təkcə düşmənə kömək deyil, həm də fars şovinistlərinin haqqımızda işlətdikləri "uzunqulaq”, "tarakan” və sair təhqirlərə haqq qazandırmaqdı. Çünki mənliyi, adamlığı, şərəfi  olan heç kim qardaşının qanını tökən, məscidlərini, məzarlıqlarını dağıdan, özlərini yurdlarınından didərgin salıb evlərinin altını üstünə çevirən düşmənə yardım etməz, yanacaq aparmaz”, - deyə millət vəkili bildirib.

S.Alıyev həmçinin bu cür hallarla ilk dəfə üzləşmədiyimizi vurğulayıb:

"Qarabağın bir hissəsi, Şərqi Zəngəzur işğal altında olarkən orada sökülən evlərin, məscidlərin materialları niyə əziz-xələf farslara, digərlərinə yox, məhz azərbaycanlılara satılırdı? Bizi parçalamaq, üz-üzə qoymaq və az öncə vurğuladığım kimi haqqımızda işlətdikləri təhqirlərin nə dərəcədə yerində olduğunu göstərmək üçün. Varmı aramızda "uzunqulaq”, "tarakan”  damğasını haqq edənlər? Var. Amma o sürücülər tarakan deyil, mədəsiylə düşünən yazıq adamlardır. Tarakanlar isə ağlı, savadı olsa da, rejimə, fars şovinizminə xidmət edən, düşmənlərimizə qucaq açan, dəstək göstərənlərdir.

İrandakı soydaşlarımız deyəndə, mənim gözümün önünə rejim nökərləri, sözün hər anlamında o qərib, yazıq sürücülər yox, 44 günlük savaş zamanı Təbrizdə, Sulduzda, Ərdəbildə ayağa qalxanlar, Ermənistana göndərilən içi yük, həm də hərbi təyinatlı yük dolu tırların qabağını kəsənlər, düşmənin necə belini sındırdığımızı görüb  Arazın o tayında yallı gedənlər, sevinc göz yaşlarını saxlaya bilməyənlər, "Traxtor”un oyunları zamanı "Azərbaycan” hayqıranlar gəlir. Ona görə də mədəsiylə düşünənlərin cavabını qoyun onlar versin. Əminəm ki, verəcəklər də”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...