AQTA qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkarladı

AQTA  qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkarladı
 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA əməkdaşlarıBakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi 43 ünvanında fiziki şəxş Rəhimov Məsud Akif oğluna məxsus quş kəsimi sexinə reyd keçiriblər. Yoxlama zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.

Yoxalama zamanı müəssisədə sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı aşkarlanıb. Baxış zamanı quş əti emalı müəssisəsinin ərazisinə qəbuldan əvvəl, daxil olan quşların baytarlıq müayinəsindən keçirilmədiyi, quşların kəsimdən öncəki müayinəsi, karkasların və daxili orqanların baytarlıq-sanitar müayinəsi, quş ətinin orqanoleptik qiymətləndirilməsi, istehsal və saxlama zamanı quş ətinin sanitar keyfiyyətinə baytarlıq-sanitariya nəzarəti baytar həkim tərəfindən aparılmadığı müəyyən olunub. Bundan başqa hazır məhsulların saxlanması zamanı, mövcud normativ-texniki sənədlərdə nəzərdə tutulmuş temperatur və rütubət şərtlərinə əməl olunmadığı müşahidə olunub.

Aşkarlanmış nöqsanlara görə qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qanunvericilikləbaytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə kəsim kəsimin həyata keçirilməsi yolverilməzdir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...