Aqrar sahədə 2,4 faizlik artım yaxşıdır, amma potensialımız daha yüksəkdir-ekspert

Aqrar sahədə 2,4 faizlik artım yaxşıdır, amma potensialımız daha yüksəkdir-ekspert
"Əvvəlki dövrlərlə müqayisədə fermerlərin bazara çıxış  imkanlarının nisbətən asanlaşması, məhsullarını satmaqda əvvəlki tək əziyyət çəkməmələri aqrar sektorda baş verən artım prosesinə öz təsirini göstərib”

Sfera.az-a açıqlamasında bu sözləri keçən il kənd təsərrüfatında qeydə alınan 2,4 faizlik artımın baş vermə səbəblərini dəyərləndirərkən Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı deyib.

Bununla belə, ekspertə görə, əldə edilən bu nəticənin özü imkanlarımızla müqayisədə elə də ciddi artım deyil: 
"Son zamanlar kənd təsərrüfatı sahəsində planlaşdırma işləri genişləndirilib. Həm idarəçilik, həm də sərmayə baxımından indi proses əvvəlki illərlə müqayisədə daha planlı şəkildə həyata keçirilir. Digər tərəfdən, fermerlərə verilən subsidiyaların həcmində də artımlar qeydə alınır. Kənd təsərrüfatı istehsalında artımın baş verməsində bu amilin də sözsüz ki, təsiri vardır. Həmçinin, əvvəlki dövrlərlə müqayisədə fermerlərin bazara çıxış  imkanları da nisbətən asanlaşıb. Onlar əllərindəki məhsulu satmaqda əvvəlki tək əziyyət çəkmirlər. Dövlət tərəfindən yaradılan tədarük mərkəzləri bu istiqamətdə fermerlər üçün böyük köməklik deməkdir. Məhz sadaladığım bu amilərin təsiri nəticəsində kənd təsərrüfatı sahəsində keçən ildə müəyyən artım qeydə alınıb. Amma mövcud imkanlarımızla müqayisədə 2,4 faizlik artım da azdır. Çünki piotensialımız daha çox məhsul istehsal etməyə imkan verir. Sadəcə işlərin səmərəli təşkili lazımdır. Ekstensiv təsərrüfat formasından qurtulub, intensiv təsərrüfat formasına keçməliyik. Fermerlərə xidmət edəcək ayrıca aqrar bank yaradılmalıdır. Aqrosığorta tətbiq olunmalıdır. Yerlərdə fermerlərə daha çox müstəqüillik verilməli, işlərin müdaxilə edilməməlidir. Habelə, bürokratik əngəllər də götürülməlidir. O cümlədən, fermerlərin yerli və xarici bazarlara çıxış imkanları daha da asanlaşdırılmalıdır. Bu kimi tədbirlər görülərsə, kənd təsərrefatında  keçən il müşahidə edilən 2,4 faizlik artım daha yüksək ola bilər”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə Azərbaycanda aqrar sektorda  2,4 faizə qədər artım baş verib. O cümlədən bitkiçilik məhsullarının istehsalı 43,6 faiz, heyvandarlıq məhsullarının istehsalı üzrə isə 1,2 faiz artım baş verib.  Bu tendensiya onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinə göstərilən diqqət öz bəhrəsini verir.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...