“Ankara və Bakıya qarşı kampaniyanı FSB başladıb”

“Ankara və Bakıya qarşı kampaniyanı FSB başladıb”

Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ-ın kürdlərə və İŞİD-ə silah tədarükü ilə bağlı informasiya kampaniyasının başladılmasına yaşıl işıq yandırıb.

Bu iddia ilə Ukraynanın "Xvilya” portal çıxış edib.

"FSB-nin informasiya kampaniyası çox geniş oldu. Kampaniya eyni anda bir neçə ölkəyə qarşı yönləndirildi. Bunlar isə birbaşa və ya dolayısı yolla ABŞ-ın müttəfiqləri olan Almaniya, Türkiyə, Azərbaycan və Ukraynadır”, –məqalədə bildirilib.

Sayt Azərbaycana qarşı kampaniyanın Bolqarıstan vasitəsilə aparıldığını vurğulayıb. Azərbaycan haqqında dərc olunan materialların mənbələrinə nəzər yetirən "Xvilya” bunun FSB-dən gəldiyini açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Bolqarıstanın "Trud” qəzetində Azərbaycanın "Silkvey” aviaşirkətini ittiham edilən yazı dərc edilmişdi. Məqalədə guya aviaşirkətin Suriyadakı terrorçulara silah daşıdığı iddia olunmuşdu. Məqalədən dərhal sonra Azərbaycan Müdafiə Nazirliyi bu iddianı tam təkzib etmişdi.

Qəzet özü də qısa müddətdən sonra məqalənin yanlış olduğunu bildirmiş, təkzib vermiş və yazının müəllifini işdən azad etmişdi.

Sfera.az


OXŞAR XƏBƏRLƏR