Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pitti bağışlamaq istəmir - FOTO

Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pitti bağışlamaq istəmir - FOTO

2016-cı ilin payızından sonra Hollivudun iki məşhur aktyoru, keçmiş cütlük 55 yaşlı Bred Pitt və 44 yaşlı Ancelina Coli heç vaxt birlikdə kameralar qarşısına çıxmayıblar.

Tərəflər arasında boşanma prosesisinin yekunlaşmasına, altı övladının (18 yaşlı Maddoks, 15 yaşlı Paks, 14 yaşlı Zaxara, 13 yaşlı Şilo, 11 yaşlı Knox və Vivyen) olmasına baxmayaraq, aktrisa keçmiş əri ilə dostluq münasibətlərini bərpa etməkdən imtina edir.

 

"Ancelinanın Bredə qarşı çoxsaylı şikayətləri var… Bred Ancelinanın və uşaqların həyatını alt-üst edib” – deyə insayder jurnalistlərlə müsahibəsində bildirib.

Ötən ay aktrisa "Harper's Bazar” jurnalıına verdiyi müsahibədə keçmiş həyat yoldaşından şikayətlənib. Hollivud ulduzunun sözlərinə görə, Ancelina ABŞ-dan xaricə köçmək istəsə də, Los-Ancelesdə yaşamağa məcbur olur. Boşanmadan əvvəl bütün ailə birlikdə səyahətlər edib ki, bu da Bredin heç xoşuna gəlməyib.

"Bred uşaqların staibil yaşayışını istəsə də, bu Ancelinanın heç də ürəyincə olmayıb. Coli uşaqların müxtəlif ölkələrə səyahət etməsini, oraları görüb tanımasını daha üstün tutub” - deyə, aktrisanın mühitindən bir mənbə əlavə edib.

İnsayderlər Colinin heç Pittlə evlənmək istəmədiyini iddia edirlər. Bu məsələdə Coli Bredin təzyiqini hiss edib. Aktrisanın yenidən ailə qurmaq istəmədiyi də bildirilir.

Xatırladaq ki, ulduzlar boşanma ilə bağlı bəzi məsələlərdə hələ də razılığa gəlməyiblər.

Qeyd edək ki, Coli Pittlə boşanmaq üçün 2016-cı ilin sentyabrında məhkəməyə rəsmi şəkildə müraciət edib. Cazibədar aktrisanın bu cür addım atmasına səbəb həyat yoldaşının uşaqlara qarşı düzgün olmayan tərbiyə üsullarından istifadə etməsi olub.

Hətta gəzən dedi-qodulara görə, içkili vəziyyətdə olan Bred böyük oğlu Meddoksa şəxsi təyyarələrində əl qaldırıb. Daha sonra bu xəbər öz təsdiqini tapmamışdı. Cütlüyün qalmaqallı boşanma prosesi bu ilin aprel ayında sona çatıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...