Anar Nağılbazın anası: “Balamı öldürdü, indi də ölüsündən əl çəkmir” - VİDEO

Anar Nağılbazın anası: “Balamı öldürdü, indi də ölüsündən əl çəkmir” - VİDEO
Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva ilə mərhum reperin anası Şərqiyyə Cəbiyeva arasında yenidən qalmaqal yaşanıb. Buna Anjelikanın Anarın ona yazdığı məktubu mərhum reperin məzarı üstə oxuması səbəb olub.
 
Sfera.az xəbər verir ki, Ş.Cəbiyeva keçmiş gəlininin yalan danışdığını deyərək, baş verənlərdən əsəbiləşdiyini bildirib:

"Birincisi, o mənim gəlinim deyil, Anarın keçmiş həyat yoldaşıdır. Onu efirdə Anarın xanımı kimi təqdim etməsinlər. İkincisi, o qadın yalan danışır. Anarın adından məktub yazıb, gündəmə gəlmək istəyir. Balamı öldürdü, indi də ölüsündən əl çəkmir. Nə oldu, neçə ildən sonra ortaya məktub çıxdı? Məktub var idisə, indiyə qədər niyə ortalığa çıxmırdı? Əlinə də Quran kitabını götürüb danışır. Birincisi, o kitabları mənim evimdən oğurlayaraq aparıb. Quran kitabını saf, pak insanlar əlinə götürə bilər. Sən kimsən axı, o murdar əməllərin sahibi indi müqəddəs kitabı əlinə alırsan.

Nəvəmi də öyrədib. Onun nə yaşı var ki, deyir, atamın mahnılarını oxuyan adam ondan icazə istəməlidir. Utanmaz qadın xəcalət çəkmək əvəzinə, balamın məzarı üstə gedib, onun ruhunu incidir”.

Qeyd edək ki, ARB TV-nin "Show news” proqramına müraciət edən Anjelika Anar Nağılbazın ona yazdığı məktubu üzə çıxarıb:

"Hər şeydən uzaqlaşıb, məscidə gedib, namaz qılacam. Ağıllı işlər görərək ailəmizi qoruyaq. Yoldaşım, ailəm mənimçün əzizdir. Bəli, mənim də səhvlərim olub. Yaşadığımız yaxşı günlərin eşqinə uşaqlarımız üçün, parlaq gələcək qurmaq naminə, hər nə olur olsun ailəmi, yoldaşımı heç kimə, heç nəyə dəyişməyəcəyəm. Keçmişdən ancaq yaxşıları xatırlayaq”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...