Amrahbank ASC ən etibarlı banklardan biridir

Amrahbank ASC ən etibarlı banklardan biridir
 
02.10.2019-cu il tarixində media saytlarının birində 77 yaşlı Bakı şəhər sakini Burlaçuk Qalina
Andreyevna ilə Amrahbank ASC arasında həqiqətə uyğun olmayan bəzi faktlar haqqında məlumat
yayılmışdır. Müraciətə əsasən bildirilir ki, guya 2006-2008-ci il tarixlərində Qalina Burlaçuk
Amrahbank ASC-yə əmanət kimi pul vəsaiti yerləşdirmiş və bank da həmin pulları mənimsəmişdir.
Edilən müraciətlə əlaqədar olaraq bildiririk ki, Bakı Apellyasiya məhkəməsinin Mulki
Kollegiyasının 29.12.2016-cı il tarixli və Ali Məhkəmə Mülki Kollegiyasının 2(102)-2947/2017
saylı 09.iyun 2017-ci il tarixli qərarlarında tam sübuta yetirilmişdir ki, Burlaçuk Qalina Amrahbank
ASC-yə hec bir əmanət yerləşdirməmişdir.
Qətnamədə qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Burlaçuk Qalina
Aleksandrovnaya ünvanlanmış 07.08.2012-ci il tarixli məktubdan müəyyən olunur ki, Qalina
Burlaçukun adına Amrahbank ASC-nin balansında heç bir məlumat mövcud deyil və onun adına
əmanət hesabı açılmamışdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2014-cü il
tarixli 2703 saylı rəyindən də müəyyən olunur ki, Burlaçuk Qalina Aleksandrovna ilə bağlanmış
əmanət müqavilələri saxtalaşdırılıb.
Xatırladırıq ki, Amrahbank ASC Azərbaycan banklarıı arasında özünəməxsus yeri olan, düzgün
bank siyasəti aparan ən etibarlıı banklardan biridir.

OXŞAR XƏBƏRLƏR