Amerikalı gəncin Azərbaycan sevdası - FOTOLAR

Amerikalı gəncin Azərbaycan sevdası - FOTOLAR

Amerika Birləşmiş Ştatları elm-təhsil sahəsində dünyanın inkişaf etmiş dövlətlərdən biri olsa da, burada Azərbaycanı bir ölkə kimi çox az sayda adam tanıyır. Hansı ölkədən gəldiyini, Azərbaycanın harada yerləşdiyini soruşanlara anlatmaq üçün xeyli izah etməli olursan. Belə bir cəmiyyətdə on səkkiz yaşlı amerikalı gəncin ölkəmizdə baş verən hadisələrə, xalqımızın mədəniyyətinə, tarixinə bu qədər həssas yanaşması məni çox heyrətləndirdi və qərara gəldim ki, onunla görüşüb yaxından tanış olum...

Haqqında söhbət açdığım Matt Garnett ABŞ-ın Miçiqan şatatında yaşayır. Haslet şəhərindəki orta məktəblərdən birini təzə bitirib. Bir sıra asiya ölkələrinin tarixinə bələd olan bu gənc Azərbaycana da biganə deyil. Dediyinə görə, hələ on bir yaşında olarkən Miçiqan Dövlət Universitetində dekan vəzifəsində çalışan əmisinin Azərbaycana işlə bağlı səfər etməsi onda ölkəmizə maraq yaradıb və o, həmin vaxtdan internet vasitəsi ilə ölkəmizlə bağlı bilgi əldə etməyə başlayıb...

Matt "Facebook" internet səhifəsində ingilis dilini bilən xeyli azərbaycanlılarla tanış da olub. Onlarla vaxtaşırı əlaqə saxlayır, Azərbaycan haqqında fikir mübadilələri aparır...

Azərbaycan mədəniyyətinin vurğunudur. Azərbaycan müsiqisindən xüsusi zövq alır, saatlarla dinləməkdən yorulmur. Azərbaycanla bağlı nələri bilirsən, deyə soruşanda: "Ölkəniz haqqında çox şey bilirəm"- söylədi. 
Sən demə, ingilis dilində internet versiyası olan bütün elektron qəzetlərimizi mütamadi izləyir. Öz "Facebook" səhifəsində ölkəmizin təbliği ilə bağlı xeyli işlər də görürb. Qarabağ həqiqətlərini amerikalı həmyaşıdlarına, eləcə də avropa və asiyadan olan dostlarına çatdırmağa çalışır. Bu sizə problem yaratmır ki, sualıma Matt təbəssümlə cavab verib, bir neçə hadisə haqqında danışdı: "Yeddinci sinifdə oxuyurdum, Xocalı soyqrımı, ermənilərin vəhşilikləri haqqında şagird yoldaşlarıma məlumat verdiyimi görən erməni müəllimimiz məni cəzalandıraraq sinifdə saxladı və nahar fasiləsinə buraxmadı. Bundan əlavə "Facebook"da paylaşdığım statuslara görə tez-tez ermənilərdən tənəli mesajlar alıram”...

Məktəbdə tədbirlərin birində ermənilərin təcavüzünə qarşı telefonuna yüklədiyi Azərbaycan himnini səsləndirərək hamının ayağa qalxmasını xahiş edəndə də Matt qınaqlara tuş gəlmişdi...

Deyir ki,- "Nə qədər çətin olsa da, bacardığım qədər ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında məlumatlar yayacam və Azərbaycan xalqının zəngin mənəvi dəyərlərə malik bir xalq olduğunu hər yerdə söyləyəcəm”...

Bəli, Matt Azərbaycanda olmağı, ölkəmizi yaxından tanımağı arzulayır. Amma hələ ki, bu arzusunu gerçəkləşdirə bilmir. İnanıram ki, ölkəmizdəki əlaqədar təşkilatlar ABŞ-da Azərbaycan sevdası ilə yaşayan bu amerikalı gənclə tezliklə maraqlanacaq, arzusuna çatmasında yardımçı olacaqlar...

 





OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...