“Çamadanla Çindən mal gətirilirsə…” –Ekspert sığorta bazarındakı problemlər haqda

“Çamadanla Çindən mal gətirilirsə…” –Ekspert sığorta bazarındakı problemlər haqda
 

"Sığorta şirkətləri avtomobillərin icbari sığortasının arxasınca düşsələr də, əmlak və sahibkarlarla bağlı bu sahədə demək olar ki, heç bir normal iş aparmırlar”


Sfera.az-a açıqlamasında bunu sahibkarların hələ də daşınar əmlaklarını sığortalamaq mexanizmindən istifadə etməməsi səbəblərinə aydınlıq gətirərkən sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı deyib.

 

Həmsöhbətimizin fikrincə, daşınar əmlakın sığortalanması da məcburi xarakter daşımalıdır: "İcarə haqları adətən məcburi olduğundan sahibkar bilir ki, onu ödəməsə, bundan yayınsa, yaratdığı müəssisə və yaxud dükanını işlədə bilməyəcək. Amma daşınar əmlakın sığortası məcburi olmadığından sahibkarlar əksər hallarda "heç nə olmaz” məntiqilə yaşayaraq, onu sığortalamaqdan vaz keçirlər. Bir çox hallarda isə sahibkar hətta istəsə belə, daşınar əmlakını sığortalaya bilmir. Problem odur ki, əksər sahibkarların daşınar əmlaklarının ümumiyyətlə rəsmi uçotu yoxdur. Sahibkardan risqi qiymətləndirmək üçün qiymət və maya dəyərilə birlikdə dükanda nəyin olduğu təqdim etməyi rica etdikdə, bu məlumatları da onlardan almaq demək olar ki, mümkünsüzdür. Burada sığorta şirkətlərinin maarifləndirmə sahəsində zəif iş aparmaları da öz sözünü deyir. Onların əksəriyyəti avtomobillərin icbari sığortasının arxasınca düşüb, amma əmlak və sahibkarlarla bağlı demək olar ki, normal iş aparmır. Digər problem isə odur ki, daşınmaz əmlakın sığortası məsələsində təəssüf ki, elektronlaşma baş tutmayıb. Yəni əksər sığorta müqavilələri hələ də kağız üzərində qalmaqdadır”.


Ekspert problemin kökündə əksər sahibkarların sığorta vasitəsilə əmlaklarının qorunması mexanizmindən ya xəbərlərinin olmaması, ya da ona etibar etməmələrinin dayandığını düşünür: "Sahibkarlar əksər hallarda öz əmlaklarının siyahısını hansısa sığorta şirkətinə verməklə sonradan həmin məlumatlardan başqalarının xəbər tutmasından əsassız şəkildə qorxurlar. Daşınar əmlakı sığorta etməməklə sahibkar bir çox hallarda fövqəladə vəziyyətdə öz malını kompensasiya edə bilmir. Yəni, bu fonda sahibkarın əmlakı yanaraq məhv olsa da, ortada heç bir kompensasiya olmadığından o dəymiş ziyanı ödəyə bilmir”.


X. Məmmədxanlı düşünür ki, daşınar əmlakla bağlı məsələnin həlli prosesin icbari olması ilə yanaşı, sahibkarların fəaliyyətinin şəffaf olmasından keçir:

"Daşınmaz əmlakla bağlı problemin tək həlli var. Yəni daşınmaz əmlak qanunla icbaridir. Bu proses məcburi şəkildə olmalıdır. Düşünürəm ki, normal nəzarət mexanizmi qoymaq lazımdır. İkinci bir tərəfdən, maarifləndirmə işləri aparmaq lazımdır ki, sahibkarlar sığortaya həvəslə cəlb olunsunlar. Daşınar əmlaka gəldikdə, ilk növbədə sahibkarlar öz işlərini təhlükəsizlik standart və qaydalarına uyğun şəkildə qurmalıdır. Yəni müəssisələri və mağazalarda bütün texniki təhlükəsizlik, yanğından mühafizə qaydalarına əməl etməlidirlər. Ən əsası isə fəaliyyətləri şəffaf olmalıdır. Yəni gətirib mağazalarda satdıqları malların bəyannaməsi, real qiyməti olmalıdır. Kimsə çamadanla Çin və Türkiyədən mal gətirib satırsa, onun sığortası demək olar ki, qeyri-mümkündür”.


 

Araşdırmalar göstərir ki, bu gün sahibkar hər ay 200-2000 manat arası icarə haqqı ödəməyə hazırdır, amma ay ərzində təxminən 7,5 manat ödəməklə bütövlükdə daşınar əmlakını sığorta etdirmək mexanizmindən istifadə etmir: "Fövqəladə hallarda mal və əmlakının dəyərini itirməmək üçün onun sığorta edilməsi olduqca vacibdir. Ancaq təəssüf ki, ölkə sahibkarları hələ də daşınar əmlaklarını sığorta etməkdən qaçırlar”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...