Altı nəfərin ölümündə günahlandırılan şəxs: Gülələnməyə hazıram - VİDEO

Altı nəfərin ölümündə günahlandırılan şəxs: Gülələnməyə hazıram - VİDEO
Sumqayıt Dövlət Universitetinin 6 tələbəsini öldürən sürücü: "Hakimə dedim ki, güllələnməyə hazıram"
 
Sfera.az xəbər verir ki, ARB TV-nin "Rezonans" verilişində bu dəfə 6 tələbənin ölümünə səbəbkar olan Namiq Hüseynovun həbsxana hekayələri təqdim olunub.
Namiq Hüseynov (cəzası 10 il): "Atam rəhmətə gedəndən sonra ailəyə kömək üçün işləməyə başlamışam. Bakı-Sumqayıt istiqaməti üzrə işləyirdim. 2008-ci ildən Sumqayıt Dövlət Universitetinin tələbələrini aparırdım. Yavaş-yavaş sərnişinlərimiz çoxaldı, işlərimiz yaxşılaşdı və tələbələrlə münasibətimiz yaxşılaşdı. Mən etiraf edirəm ki, artıq sərnişin daşımışam. Onlar da əsasən səhər saatların və axşamlar olurdu. Yalan danışmıram, çünki həmin uşaqları aparmaya bilməzdim. Onlarla ailə kimi idik. Hətta mahnı da qoşub "biz mehriban ailəyik" deyib oxuyurdular. Bir uşağı maşından düşürtmək üçün gərək qəlbini qırasan. Ayın 7-si uşaqları universitetə qoyandan sonra gördüm ki, halım yoxdur. Tərpənə bilmirdim. Ayılanda gördüm ki, xəstəxanadayam. Uşaqlar özləri həkimə apardılar, ordan da evə apardılar. Hamısı evimi tanıyırdılar. 2 gün sonra işə çıxdım. 
Hadisə günü yanımdan bir maşın ötdü. Ona yol verdim keçdi, bir az əsəbləşdim. Yenə özümdə olmadım, keyləşdim. Gördüm ki, "Kamaz"a giririk. Sükanı çevirdim, amma artıq gec idi. O da xarab olub dayanmışdı yolun kənarında. Qəza nəticəsində 2 İbrahim yerə düşüb. Onlardan xəbərim olmamışdı. Özümü itirməyib tələbələrə kömək edib düşürdüm. Pəncərələri sındırdım uşaqları çıxartdım. Bir neçə tələbə də mənə kömək edirdi. Rozanı, Çinarəni götürüb qucağıma düşürdəndə sağ idilər. Sonra polis gəldi, onlarla maşına tərəf gedəndə İbrahimgili gördüm ki, ölüblər. Dizi üstə çöküb qaldım. Onlarla bir ailə kimi idik. Birlikdə gəzməyə, istirahətə gedirdik. Məhkəmədə hakimə də dedim ki, mən güllələnməyə hazıram. Əgər imkan olsa, buradan çıxsam, uşaqların valideynindən icazə alıb onların qəbrini ziyarət edərdim".
 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...