Almaniyada daha 6 azərbaycanlı saxlanıldı - Deportasiya ediləcəklər

Almaniyada daha 6 azərbaycanlı saxlanıldı - Deportasiya ediləcəklər
 Almaniyaya qanunsuz yolla daxil olmağa çalışan 6 Azərbaycan vətəndaşı saxlanılıb. 
 

Sfera.az xəbər verir ki, bu barədə report-un Avropa bürosu Almaniya Federal Daxili İşlər Nazirliyindən məlumat əldə edib. 

Belə ki, dekabrın 4-də "Mercedes Vito” markalı avtomobil A17 avtobanında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücü Türkiyə, 6 sərnişini isə Azərbaycan vətəndaşıdır. 

Azərbaycan vətəndaşlarının Latviya vizası ilə Almaniyaya səyahət etdiyi şübhə doğurduğundan araşdırmalara başlanılıb. Ailə polisə ifadəsində Almaniyaya turist kimi gəldiyini bildirib. Lakin onların adından otel bronu ilə bağlı verilən sorğunun nəticəsi neqativ çıxıb. Azərbaycanlı ailənin Latviya vizası qısamüddətli olduğundan polis onların Almaniyaya qanunsuz miqrant kimi gəlməsindən şübhələnərək rəsmi Riqaya sorğu göndərib, adlarına otel bronunun olub-olmadığını öyrənib. Nəticədə həmin şəxslər heç Latviyaya getmədikləri, eyni zamanda adlarına olan bronu aktivləşdirmədən ləğv etdikləri müəyyənləşib. Bu baxımdan, Almaniya Federal Polisi azərbaycanlı ailə ilə bağlı toplanılan faktları Braytenau Federal Prokurorluğuna və Miqrasiya İdarəsinə təqdim edib. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Braytenau şöbəsində saxlanılan ailənin yaxın günlərdə Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

Bundan başqa, avtomobilin sürücüsü və sərnişinlər qaydaları pozduqlarına görə barələrində ilkin məhkəmə istintaqı başlanılıb. Türkiyə vətəndaşı 700 avro, Azərbaycan vətəndaşları isə 5200 avro cərimə də ödəmək məcburiyyətindədirlər. Eyni zamanda azərbaycanlı ailənin Latviya vizası da ləğv edilib. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...