Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verildi

Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verildi
 

Ali Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilib.

Sfera.az xəbər verir ki, hakim Sənan Hacıyevə bu gündən Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri vəzifəsinin icrası həvalə olunub.

Bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev əmr imzalayıb.

 

Qeyd edək ki, 1978-ci il təvəllüdlü S.Hacıyev 2018-ci ildən Ali Məhkəmədə fəaliyyət göstərir. Ali Məhkəmənin ən gənc hakimi olan S.Hacıyev daha əvvəl Nərimanov Rayon Məhkəməsinin hakimi (2010-2013) və Bakı Apellyasiya Məhkəməsinin hakimi (2013-2018) olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycan inzibati iqtisadi məhkəmələri ləğv edilərək, inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb.

Prezident İlham Əliyevin 2019-cu il iyulun 29-da təsdiq etdiyi "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxacaq. (report)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...