“AKP qalib gələnə qədər seçkiləri yeniləmək?... ” - Müxalifətdən sərt etiraz

“AKP qalib gələnə qədər seçkiləri yeniləmək?... ” - Müxalifətdən sərt etiraz
 
Türkiyədə müxalifət liderləri prezident Ərdoğanı və hakim partiyanı martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrini tanımağa, "millətin iradəsini ələ salmamağa” çağırıb.

Virtualaz.org xəbər verir ki, Ərdoğanın İstanbulda total pozuntular olduğu və heç kimin özünü 13-14 min səs fərqi ilə qalib elan edə bilməyəcəyini deməsindən sonra CHP lideri Kamal Kılıcdaroğlu ilə İYİ partiyanın lideri Meral Akşener birgə bəyanatla çıxış ediblər.

Kılıcdaroğlu bildirib ki, onların İstanbulda etibarsız hesab edilmiş səslərin yenidən sayılmasına heç bir etirazı yox idi. Etirazları buna idi ki, səslərin yenidən sayılması tutarlı dəlillər əsasında, seçki qanunvericiliyinin tələbləri çərçivəsində baş verməlidir. "YSK-dakı hakimlərə səslənirəm, 38 rayonda bütün səsləri yenidən saymaq istəyirlər. Hansı əsasla, nədən? Nəticələrə dair protokolları AKP-nin, MHP-nin nümayəndələri imzalayıblar, biz imzalamışıq. Nədən həmin protokollara etiraz edirdilərsə şərh yazmayıblar? "-Kılıcdaroğlu deyib.

Meral Akşener isə deyib ki, milli iradəyə hörmətsizliyi xalq bağışlamaz. "Bu gün çox qorxunc bir durum ortadadır, deyirlər ki, biz qazanmasaq seçkinin heç bir önəmi yoxdur. Ərdoğan İstanbulda seçkinin nəticələrini qəbul etməməklə milli iradəni heçə sayır. Bu millət Kenan Evreni dinləmədi, getdi sandıqlarda səsini verib Özalı seçdi. Buradan Ərdoğanı xəbərdar edirəm, getdiyi yol yol deyil. Bu dəfə o qulağı sandıqda qoparar. AKP qazanana qədər seçkiləri yeniləmək ancaq Cənubi Afrikadada olar. Bizim etirazlarımız rədd edildi, AKP-nin nə etirazı varsa dərhal qəbul olundu. Bu millət onun iradəsinə edilmiş hörmətsizliyə sandıqda tutarlı yumruq ilişdirməklə cavab verər”-Akşener deyib. 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...