“Akif Nağı qələt edib…” – Araz Əlizadə QAT sədrini davaya çağırdı
12:48 / 22.11.2019
3641
Ötən gün İctimai Tv-də Dadaş Dadaşlinskinin aparıcılıq etdiyi "3 D” verilişində qonaq olan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı millət vəkili Araz Əlizadəni döyəcəyi ilə hədələyib.
O bəyan edib ki, harada qarşısına çıxacaqsa Araz Əlizadəni yumruqla vuracaq.
QAT sədrinin hədələri ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Araz Əlizadə isə qarşı tərəfi dalaşmaq üçün ünvanına dəvət edib: "Akif Nağı qələt edib. O, mənim iş yerimi də, əlaqə nömrəmi də bilir. Cəsarəti çatırsa, gəlsin ünvanıma, vuruşaq”.
Səbuhi
Sfera.az