"ÜAK-ın ləğvi ilə bağlı qərar Putinlə razılaşdırılıb ki, Azərbaycana..." - Politoloq rəyi

Mayın 15-də Rusiya Federasiyasının Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvini təsdiqləyib. Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.

Məsələ ilə bağlı Sfera.az-a münasibət bildirən politoloq Natiq Miri söyləyib ki, ən böyük yalnışlıq hər şeyi Putindən uzaq tutub, anti-Azərbaycan qüvvələrinin üstünə atmaqla özümüz özümüzü aldatdıq.

Politoloqun sözlərinə görə, məhkəmənin qərarı çıxmamışdan öncə Azərbaycanda belə bir ictimai fikir yaradıldı ki, sanki, Rusiya prezidenti Vladimir Putinin baş vermiş prosesdən xəbəri yoxdur və  bu anti-Azərbaycan qüvvələrinin işidir: 
"Rusiya avtoritar bir ölkədir və bu cür strateji, xüsusilə də Azərbaycan kimi əhəmiyyətli bir ölkələrlə münasibətləri poza biləcək qərarlar məhəkəmələrdə müstəqil səviyyədə qəbul olunmur. Belə prosedur Rusiyada yoxdur. Bütün bu məsələlər siyasi anlamda Putinlə razılaşdırılır. Çıxarılan qərar bir başa Putinin istəyi ilə baş verib. Məsələni də bu şəkildə qəbul etmək lazımdır. Bu məslədə Putinin razılığı varsa, bu da Azərbaycana müəyyən mənada təzyiq xarakteri daşıyır. Son vaxtlar ÜAK təşkilat olaraq artıq Rusiyanın nəzarətindən çıxmışdı. Demək olar ki, Azərbaycan dövlətinin maraqları kontekstində fəaliyyət göstərirdi. Təbii ki, bu da Rusiyanın marağında deyildi. Yaddan çıxarmaq lazım deyil ki, Rusiya Azərbaycanda 2013-cü ildə prezident seçkiləri öncəsi Konqresin əli ilə  oradakı azərbaycanlı milyarderləri hakimiyyətə qarşı qoymaq istəyirdi.Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi Rusiyanı qıcıqlandırır. Azərbaycan hakimiyyəti də bundan sonra adekvat addımlar atmalıdır. Azərbaycanda Rusiyanın cəsus yuvası olan "mədəniyyət mərkəzlərinin" qeydiyatı dərhal dayandırılmalıdır. Nə zaman ÜAK yenidən qeydiyyata alınarsa, Azərbyacan da buna adekvat addımlar atar".

Qeyd edək ki, Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyini pozduğunu iddia edib. Rusiya Ədliyyə Nazirliyi "İctimai təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.
Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Gülnarə Eynullaqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...