AFFA-nın yeni iclası keçirildi: Hansı kluba xəbərdarlıq edildi?

AFFA-nın yeni iclası keçirildi: Hansı kluba xəbərdarlıq edildi?
 Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, I divizionun XV turunun "Zaqatala” – "Mil-Muğan” matçında qonaq komandanın heyətində adı protokola qeyd olunmamış futbolçu Şahin Əliyev iştirak edib. Buna görə də İmişli komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 800 manat cərimə olunub.

Digər maraqlı məqam Region Liqada baş verib. "Şağan” (Bakı) – "Ümid Masallı” (Bakı) matçının 36-cı dəqiqəsində meydan sahibi komandanın futbolçusu Talıb Cabbarov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırılıb. Bu üzdən o, üç oyunluq cəzalandırılıb. Həmçinin həmin dəqiqədə "Şağan”ın digər futbolçusu Namiq Salayev aqressiv davranış, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyunluq cəzaya məhkum edilib.

İntizam Komitəsi "Şağan” klubunu daxili nizam-intizam qaydalarına riayyət etmələri haqqında xəbərdarlıq edib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...