Adil Əliyevdən AMEA-nın ünvanına istehzalı sözlər

Adil Əliyevdən AMEA-nın ünvanına istehzalı sözlər
 

Vaxtilə qədim yunan filosofu Platon Akademos bağında gəzə-gəzə tələbələrinə dərs deyirdi. Və bir gün bu gəzintili dərslər akademiya adını aldı. Təmtəraqdan, görsənişdən tamamilə uzaq, olduqca təvazökar bir şəraitdə yaranan və fəaliyyət göstərən akademiyalar daha sonra Avropanın İntibah dövründə yenidən gündəmə gəldi. Qitənin ən yenilikçi aydınları bir araya toplanaraq elmi müzakirələrlə ölkələrini daha aydın sabahlara apardılar.

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev qeyd edib.

"İstər antik dövrün ən böyük ziyalısı, alimi olan Platon, istərsə də Avropa İntibahının əsasını qoyan böyük aydınlar bilsəydilər ki, XXI əsrdə Azərbaycan Milli Elmlər Akademiyası adlı bir qurum dövlət yetkililəri ilə görüşdə yalnız maşınlarının köhnəliyindən danışıb yeni avtomobillər almaq istəyəcəklər, ərsəyə gətirdikləri akademiyalarının adından bu cür istifadə edilməsindən xeyli xəcalət çəkərdilər. Çünki insanlıq tarixinə böyük töhfələr verən bu dühalar heç bir zaman şəxsi nəqliyyat vasitələrinin olması barədə düşünməyiblər. Onlar beyinlərini yalnız və yalnız elmin inkişafına sərf edib, böyük çətinliklə əldə etdikləri vəsaitləri elmi-texniki avadanlıqların alınmasına xərcləyiblər. Və həqiqətən də böyük elmi tərəqqilərə imza atıblar.

XXI əsrin ilk çeyrəyində isə AMEA-na hər il on milyonlarla vəsait ayrılır, yüzlərlə akademik, minlərlə professor adını daşıyan insan bu elm ocağında fəaliyyət göstərir, ortaya isə ciddi heç bir ixtira qoyulmur. AMEA rəsmiləri dövlət yetkililəri ilə görüşlərində 165 nəqliyyat vasitəsinin olduğundan bəhs edir və onların mütləq əksəriyyətinin köhnəliyindən şikayətlənirlər. Dolayısıyla dövlətdən daha komfort həyatla təmin olunmaq imkanı tələb edirlər. Başqa sözlə desək, dərdləri-sərləri elmi tərəqqiyə imza atmaq yox, yeni maşınlarda gəzməkdir.

Bir daha xatırlatmaq istərdim ki, akademiyanın ilk qurucusu Platonun heç tələbələriylə bir araya gəlmək üçün sinif otağı da yox idi. Məcburən Akademos bağında gəzə-gəzə dünyanın qaranlıq üfüqünü işıqlandırırdılar. Bizim AMEA isə istifadə müddəti bitmiş köhnə nomenklatura məmurlarının ölkəni qaranlıq çağlara qaytarmaq üçün apardıqları müzakirələrin mərkəzinə çevrilib”, - A.Əliyev sosial şəbəkə hesabında yazıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...