Adi duz ilə MÜALİCƏ üsulları

Adi duz ilə MÜALİCƏ üsulları

Qədim zamanlarda duz məhlulu kəskin və xroniki iltihablar, irinli yaralar zamanı istifadə olunurdu. Dahı Hippokrat öz praktikasında duz islatmalarından istifadə edirdi.

Sfera.az  medicina.az-a istinadən bildirir ki, adi xörək duzu çox geniş müalicəvi xüsusiyyətlərə malikdir. Xalq təbabətində duz müxtəlf pozulmalar zamanı çox təsirli müalicəvi vasitə kimi uğurla istifadə olunur. Ənənəvi tibb də duzun müalicəvi xüsusiyyətlərini təsdiq edir.
 
Hətta Hippokrat öz praktikasında duz islatmalarından istifadə edirdi.

-Qədim zamanlarda duz məhlulu kəskin və xroniki iltihablar, irinli yaralar zamanı istifadə olunurdu.

Tatınmış rus cərrahı Piroqov müharibə zamanı duz islatmalarını yaraların müalicəsində uğurla istifadə edirdi.

Duz məhlulu ilə islatmalar yaradan mikrobları, toksinləri çıxardır və nəticədə yara tez bir zamanda təmizlənir, iltihab azalır.

Hal hazırda dəniz duzu məhlulu zökəm zamanı geniş istifadə olunur. Dəniz duzu əsasında hazırlanan burun damcıları pediatriyada tətbiq edilir və çox yaxşı müalicəvi effekt verir. Belə damcıların əks-göstərişləri və yanaşı təsirləri yoxdur.

Boğaz iltihabları zamanı duzla qarqaralar çox yaxşı müalicəvi effekt verir. 1 stəkan ilıq suda 1/2 çay qaşığı duz həll edin və gün ərzində bir neçə dəfə bu məhlulla qarqara edin.

Diş və damaqların iltihabları zamanı da bu məhluldan istifadə etmək olar (1/2 ç.q. duz + 1 stəkan su). Məhlulu tez-tez qarqara şəklində istifadə edirlər. Duz iltihabın azalmasına kömək edir.

 

Duz məhlulu göbələkəleyhinə təsirə malikdir. Bu səbəbdən duzla ayaq vannaları göbələk zamanı yaxşı kömək edə bilər. 1 l su üçün 2 xörək qaşığı duz götürülür. Duz suda həll olunur və ayaq vannaları üçün istifadə olunur. Həmçinin bu sadə vasitə pis ayaq qorusunu yox etməyə kömək edir.

İrinli yaralar, furunkullar zamanı 1 stəkan suda 1 xörək qaşığı duz həll olunur, bu məhlulda bir neçə qat qatlanmış tənzif isladılır və yaraya qoyulur.

Baş ağrıları zamanı 1 stəkan ilıq suda 1 çay qaşığı duz həll edin, məhlulda tənzif isladın və alnınıza qoyub bir qədər uzanın.

Duz kosmetologiyada da çox geniş istifadə olunur. Xörək duzunu yağlı xama ilə qarışdırın və skrab şəklində istifadə edin. Bu skrab dərini yaxşı təmizləyir, daha hamar edir, dərinin rəngini yaxşılaşdırır.

Həftədə 1-2 dəfə dəniz duzu ilə olan vannaları qəbul edin (dəzin duzu olmadıqda, adi xörək duzundan istifadə edin). İlıq suya 5 qaşıq duz əlavə edin. Belə vannalar bədən dərisinə çox müsbət təsir edir, qan dövranı yaxşılaşdırır.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...