Ağdaşda çaqqallar toya hücum etdi: yaralılar var

Ağdaşda çaqqallar toya hücum etdi: yaralılar var

Ağdaş rayonunda çaqqallar toy mərasiminin keçirildiyi mağara hücum edib.

Report-un məlumatına görə, hadisə gecə saatlarında rayonun Bulaqotu kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin ərazisində keçirilən toy mərasiminə qəfil hücum edən çaqqallar beş nəfər yerli sakinə xəsarət yetiriblər.

Yaralılar:

1942-ci il təvəllüdlü Kamilə Şəmi qızı Qarayeva,

2001-ci il təvəllüdlü Vüqar Yadigar oğlu Hacıyev,

2008-ci il təvəllüdlü Sultan Əziz oğlu Əzizov,

1976-cı il təvəllüdlü Rəşad Nizami oğlu Məmmədov,

1987-ciil təvəllüdlü Valeh Mübariz oğlu İbrahimov.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub.

Sfera.az


OXŞAR XƏBƏRLƏR