Abşeronda baba və nəvəni maşın vurdu: Azyaşlı öldü

Abşeronda baba və nəvəni maşın vurdu: Azyaşlı öldü

Abşeronda baba və nəvəni maşın vurub.

DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi VAZ-21214 markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.

Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR