Abşeronda 64 yaşlı kişi yanaraq öldü

Abşeronda 64 yaşlı kişi yanaraq öldü
Abşeron rayonu, Məmmədli kəndində ümumi sahəsi 25 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Sfera.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1954-cü il təvəllüdlü Əlövsətov Əlövsət Məmməd oğlunun meyiti aşkarlanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



OXŞAR XƏBƏRLƏR