“ABŞ milli qürur mənbəyi olan Qoşa Qülləni özü vurmazdı...” - POLİTOLOQ ŞAİYƏLƏR HAQDA

“ABŞ milli qürur mənbəyi olan Qoşa Qülləni özü vurmazdı...” - POLİTOLOQ ŞAİYƏLƏR HAQDA
 

Bu gün 11 sentyabr 2001-ci ildə Amerika Birləşmiş Ştatlarında baş verən terror aktından 18 il ötür. Qlobal terrorun sivil insanları məhv etdiyi ən böyük hadisələrdən olan 11 sentyabr faciəsi bütün dünyada təhlükəsizlik qaydalarını ağırlaşdırdı.


Xatırladaq ki, terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsinin Nyu- Yorkda ticarət mərkəzi binalarına çırpılması nəticəsində 3 minə yaxın insan həyatını itirmişdi.Həmin vaxt hücumlara görə məsuliyyəti Əl-Qaidə terror təşkilatı öz üzərinə götürmüşdü.

 

Terror aktından bir ay sonra Amerika Birləşmiş Ştatları Əfqanıstanı işğal etdi. Çünki 11 sentyabr hadisələrinin səbəbkarı terror təşkilatı Əl-Qaidanın o zamankı lideri Usame bin Ladin idi və o, Əfqanıstanda gizlənirdi.

Üzərindən illər ötsə də, 11 sentyabr terroruna münasibət bu gün də birmənalı deyil. Bu qanlı olayın gizlin məqamları haqda maraqlı, bəzən təzadlı fikirlər söylənir. Dünyanı lərzəyə salan terror aktının əslində ABŞ-ın öz ssenarisi üzrə həyata keçirildiyini iddia edənlər də var.

Politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında sözügedən məsələyə belə münasibət bildirdi:

"Amerika milli iftixarı , milli qürur mənbəyi olan qoşa qülləni özü vurmazdı, özü dağıtmazdı. Bu Amerikanın heysiyyatına, dünyada artan roluna, nüfuzuna bir zərbə idi. Artıq faktlarla dəqiq isbat olunub ki, qoşa qülləni vuran şəxslər "Əl-Qaidə” hərəkatının üzvləri idi. Avropada yaşamalarına, burda uçuş təlimləri almalarına (terrorçulardan ikisi Almaniyada uçuş kursları bitirmişdi) baxmayaraq, milliyyətcə ərəb olublar.

Sözügedən terror aktı dünyada iki sivilizasiyanın- xristian və İslam sivilizasiyalarının qarşıdurması kimi təzahür etdi və xristian sivilizasiyası bundan islam sizilizasiyasına qarşı əks hücum kimi istifadə etdi.

Zənnimcə, bu hadisə dünyada Sovet İttifaqının dağılmasından sonra formalaşmaqda olan yeni düzənə qarşı kobud və terrorçu bir etiraz aktı idi, amma çox təəssüf ki, bu hadisə baş verdi. Məhz həmin qanlı olaydan sonra dünyada terrorizm geniş vüsət aldı və qərb mətbuatı kimi islam ideologiyasını terrorçuların ideoloji mənbəyi təqdim etdi. İslamın problemli din olduğunu və bu dinin terrorizmlə əlaqəli olduğunu isbat etməyə çalışmağa başladı.

Bu da nəticə etibarilə İŞID-n və digər terrorçu təşkilatlarınınyaranmasına, "Əl-Qaidə”–nin Əfqanıstanda daha geniş ayaq açmasına zəmin yaratdı və ümumilikdə İslamın beynəlxalq aləmdə nüfuzuna xələl gətirdi”.

"Sizcə, Amerikanı yenə belə bir təhlükə gözləyirmi?” sualına politoloqun cavabı belə oldu:

"Nə qədər ki, terror təşkilatları, onların tör-töküntüləri tamamilə məhv edilməyib və yeni terror təşkilatları yaranmaqda davam edir, heç bir dövlət, o cümlədən də Amerika bu cür qəddar və davakar terrorizmdən sığortalanmayıb. Bu gün beynəlxalq terrorizm nəinki ABŞ üçün, bütün dünya üçün bir nömrəli bəlalardan biridir.”

 

Tomris

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...