ABŞ İrana qarşı müharibəyə başlayır?- Ekspert açıqladı

ABŞ İrana qarşı müharibəyə başlayır?- Ekspert açıqladı

"ABŞ-ın İrana qarşı birbaşa hərbi müdaxiləsi istisnadır”

 

Sfera.az-a açıqlamasında bu sözləri Yaxın Şərqdə  sülh və stabilliyə İranla qarşıdurma olmadan çatmağın mümkün olmaması ilə bağlı ABŞ dövlət katibi Mayk Pompeonun səsləndirdiyi fikirlərə münasibət bildirərkən siyasi icmalçı Vüqar Ziferoğlu deyib.

Bununla belə həmsöhbətimizin fikrincə, Vaşinqton İranı digər istiqamətlər üzrə daha kəskin şəkildə sıxışdırmaqda davam edəcək:

"ABŞ-ın İrana qarşı hər hansı bir hərbi müdaxiləsi sözün həqiqi mənasında regionda çox ciddi qarşıdurma və kataklizmlərin yaşanmasına səbəb ola bilər. Nəzərə alaq ki, ABŞ-ın uğursuz İraq və Suriya örnəyi var. Bu mənada Amerikanın İrana birbaşa hərbi müdaxiləsinin hazırkı situasiyada onlara hər hansı bir uğur gətirəcəyini düşünmürəm. Çünki İran daxildə kifayət qədər ciddi sistemi olan, müəyyən qarışıaq münasibətlərin ortada olduğu və bu mənada da əslində çox mürəkkəb bir ölkədir. Bu mənada ABŞ-ın birbaşa müdaxiləsinin ona hər hansı bir müsbət effekt verəcəyini zənn etmirəm. Amma burada başqa məqamlar da var. ABŞ bildiyiniz kimi rəqiblərinə qarşı münasibətdə digər alətlərdən də istifadə edir. Bu mənada İrana qarşı da həmin başqa alətlərdən istifadə etməklə ona öz təzyiqlərini daha da gücləndirə bilər. Bunu həm iqtisadi rıçlqlar vasitəsilə, həm də siyasi təzyiqlərlə edə bilər. Bilirsiniz ki, nüvə razılaşmasından çıxmaqla əslində ABŞ Qərbi Avropa ölkələrini də İrana qarşı olan sanksiyalara qoşulmağa məcbur etdi”.

 

V. Ziferoğlu ABŞ-ın İrana qarşı iqtisadi və siyasi sanksiyalarına gəldikdə, məhz bu kimi tədbirlərin daha ciddi effekv verdiyini söylədi:  

 

Bu yollarla Vaşinqton İranı iqtisadi nöqteyi-nəzərdən sıxmağa çalışır ki, onun da ciddi effekt verdiyini görürük.  İran iqtisadiyyatı bu gün ölü nöqtəsindədir. Sözün həqiqi mənasında İrana ciddi iqtisadi zərbələr vurulub və vurulmaqda davam edir. Vaşinqton həmçinin siyasi təcriq məsələsi istiqamətində də kifayət qədər ciddi uğurlara imza atıb. Diplomatik nöqteyi-nəzərdən İranın əsasən də Yaxın Şərq ölkələrindən təcrid edilməsi prosesi gedir. Üçüncü bir tərəfdən, İranın Yaxın Şərqdəki nöqtələri vurulur. Belə ki, İraqdakı parlament seçkilərindən sonra rəsmi Bağdadla rəsmi Tehran arasındakı münasibətlər soyuyub. Suriyada Əsədin mövqeyinin güclənməsi, Rusiyanın aktivləşməsi və Türkiyənin bu ölkənin şimalında möhkəmlənməsinə baxmayaraq, həmin ölkə ilə bağlı müzakirələrin aparılması formatında İranın sanki bir qədər kölgəyə çəkildiyini müşahidə edirik. Yəməndə ərəb koalisiyası İranın burada dəstəklədiyi qüvvələrə artıq ciddi təzyiqlər etməyə nail olub. Livanda iranpərəst Hizbullaha qarşı İsrailin aktivləşdiyini görürük. Yəni İranın Yaxın Şərqdəki nöqtələrinə münasibətdə ABŞ başda olmaqla Qərbin aktivliyinin artdığını görürük. İran daxilində də problemlər kəskinləşir. Sistan və Bəlucistan əyalətində baş verən son terror olayı zamanı çoxlu sayda hərbçi həlak oldu. Bu da onu göstərir ki, narazılıqların artması fonunda daxili qarşıdurmaların daha da kəskinləşməyə doğru getdiyinin şahidi olmaqdayıq. Yəni ABŞ bu istiqamətlərdə İrana qarşı münasibətdə ciddi dividentlər əldə edir. Belə olan fonda ABŞ-ın birbaşa İrana müdaxilə etməsi əslində bütün bu kimi qurulan kombinasiyaların hamısının puça çıxmasına gətirib çıxaracaq və bu region daxil bir çox dünya ölkələrinə təsir etməklə onları da yaranacaq xaosun içinə çəkməyə bərabər olacaq. Bu savaş çox dağıdıcı fəsadlara səbəb olar. Çünki burada Türkiyə, Rusiya faktoru var. Yəni İrana qarşı münaqişə yalnız ABŞ-ın İrana müdaxiləsi olmayacaq. Daha geniş miqyaslı və dağıdıcı fəsadlara səbəb olacaq savaşa rəvac verə bilər. Bu anlamda düşünürəm ki, Vaşinqton növbəti mərhələlərdə birbaşa savaş deyil, açıqladığım dörd istiqamət üzrə İrana təzyiqləri gücləndirməklə ona qarşı apardığı siyasətini davam etdirəcək”.

 

Qeyd edək ki, bu günlərdə ABŞ dövlət katibi Mayk Pompeo İranla bağlı məsələyə toxunaraq Yaxın Şərqdə sülh və təhlükəsizliyə Tehranla qarşıdurma olmadan çatmağın qeyri-mümkün olduğunu açıq şəkildə bəyan edib: "Yaxın Şərqdə sülh və stabilliyə İranla qarşıdurma olmadan çatmaq mümkün deyil. Bu, sadəcə mümkünsüzdür”.

 

Xatırladaq ki, Vaşintonla Tehran arasında münasibətlər Donald Tramp hakimiyyətə gələndən üzü bəri daha da kəskinləşməyə doğru gedir. ABŞ adminstrasiyası İranla Barak Obama dövründə bağlanılan nüvə sazişindən çıxaraq, bu ölkəyə qarşı artıq xeyli müddətdir sanksiyalar rejimi tətbiq edir. Hansı ki, günü-gündən sərtləşən sanksiyalar İran iqtisadiyyatını əməlli-başlı çökdürüb. Bu günlərdə isə Varşavada Avropa İttifaqı ölkələri, ABŞ və İsrailin iştirakı ilə Yaxın Şərqdə sülhün təmin edilməsinə həsr olunan tədbir baş tutub. Burada da Ağ Ev adminstrasiyası anoloji fikirlə çıxış edərək, sözügedən bölgədə sülhə maneə olan qüvvənin məhz İran olduğunu bəyan edib.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...