ABŞ-ın təzyiqləri işə yaramadı:\"Rusiya S-400 raketlərini bu ilin iyul ayında Türkiyəyə göndərəcək\"

ABŞ-ın təzyiqləri işə yaramadı:\
Rusiya S-400 raketlərini bu ilin iyul ayında Türkiyəyə göndərəcək.

Bu barədə Rusiyanın "Rosoboronexport” hərbi birliyi məlumat yayıb.

Qeyd edilib ki, S-400 hava müdafiə sistemlərinin Türkiyəyə təslimi iyul ayından etibarən başlayacaq.

Qeyd edək ki, ABŞ bu silahdan imtinası üçün rəsmi Ankaraya təzyiqləri artırıb. Hətta Türkiyəyə satacağı F-35 qırıcılarının göndərilməsini dayandıracaqlarını açıqlayıblar. Amma görünür, Türkiyə bu basqılara görə geri çəkilməyib.

OXŞAR XƏBƏRLƏR