ABŞ-ın pilotsuz aparatı vuruldu

ABŞ-ın pilotsuz aparatı vuruldu

ABŞ rəsmiləri Yəməndə vurulan pilotsuz "MQ-9” aparatı ilə bağlı məlumatı təsdiqləyiblər.

"Yeni Sabah” "Reuters”-ə istinadən xəbər verir ki, insident Damar vilayətində baş verib. "MQ-9” dünən axşam saatlarında husi üsyançıları tərəfindən vurulub. 

Qeyd edək ki, Yəməndə 5 ildən artıqdır ki, münaqişə davam edir və 24 milyondan çox yəmənlinin(əhalinin təxminən 80%-ə qədərinin) humanitar yardıma ehtiyacı var. Qaçqınların sayı isə artıq 3 milyonu keçib. 


OXŞAR XƏBƏRLƏR