ABŞ Ermənistandan üz döndərə bilər

ABŞ Ermənistandan üz döndərə bilər
"İrəvanın bu addımı fonunda iki ölkə arasında gərginlik davam edəcək”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Ermənistanın Rusiyanın "xahişi” ilə Suriyaya hərbi kontingent göndərməsinin ABŞ-da kəskin reaksiyaya səbəb olmasına münasibət bildirərkən politoloq Arzu Nağıyev deyib. Amma bununla belə, ekspert hesab edir ki, Vaşinqtonla İrəvan arasında əlaqələr dərin olmadığından həmin hadisə iki ölkə arasında münasibətlərə elə də ciddi təsir göstərməyəcək:
 
"Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü kimi Paşinyan düşünür ki, Moskva ilə yaxınlıq münasibətlərini saxlasa son zamanlar ölkəsində Rusiyaya qarşı yönələn gərginlik aradan qalxa bilər. Məhz buna görə birbaşa Rusiyanın təkidilə 83 nəfərdən ibarət hərbçiləri Suriyaya göndərdi. Guya ki, erməni hərbçiləri ora himanitar yardım, əraziləri minalardan təmizləmədə iştirak etmək adı ilə gedibrlər. Lakin Ermənistanın bu hərəkəti birmənalı şəkildə Vaşinqton tərəfindən adekvat qarşılanmadı. Çünki Suriyada müharibə davam edirsə, eyni zamanda Ermənistanın orada iştirakı ilə bağlı koalisiya qüvvələri içərisində hər hansı bir qərar yoxdursa, ABŞ-dan belə bir reaksiyanın gələcəyini də gözlənilən idi. Baxmayaraq ki, İrəvan Suriyada guya erməni icmasını qorumaqla məşğul olduğunu bəyan edib, ancaq bunun da bir bəhanə olduğu gül kimi aydındır. Məhz buna görə də ABŞ Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ölkələrinə girişinin qadağan olunması ilə bağlı qərarla bağlı bəyanat verdi. Rusiya isə erməniləri də öz ardınca Suriyaya çəkməklə onların da məhz Moskvanın yanında olduğunu sübut etməyə çalışıb. Lakin İrəvan bunun hansı nəticələrə səbəb olacağını anlamadı və sonu da belə nəticələndi. Ancaq bütün hallarda ABŞ-ın İrəvanın həmin hərəkətindən narazı qalmasına baxmayaraq düşünmürəm ki, bu hal Vaşinqtonla Ermənistan arasında gələcək münasibətlərə hər hansı bir təsir göstərsin. Vaşinqtonla İrəvan arasında bu günə qədər elə də ciddi və mühüm əhəmiyyət kəsb edən münasibətlər yoxdur. Bu tendensiya istər hərbi, istər siyasi, istərsə də iqtisadi məsələlərdə də eyni vəziyyətdədir. Amma hər halda İrəvanın bu addımı fonunda iki ölkə arasında gərginlik davam edəcək”.
 
Qeyd edək ki, Ermənistanın Rusiyanın 2xahişini” nəzərə alaraq Suriyaya hərbçilər göndərməsi ABŞ-ın gözlənilydindən də daha sərt reaksiyasına səbəb olub. Hətta Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a neçə vaxtdır hazırlıq görülən səfərini ləğv edib. Belədə görünən odur ki, Ermənistanın yeni hökuməti öz ağılsız siyasəti nəticəsində, dünyanın bir nömrəli super dövlətilə münasibətlərinin pisləşməsinə rəvac verir.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...