ABŞ-dan gözlənilməz “B” planı - Suriya bölünə bilər...

ABŞ-dan gözlənilməz “B” planı - Suriya bölünə bilər...
ABŞ və Rusiyanın Suriyada atəşkəs rejiminin elan olunması ilə bağlı əldə etdikləri razılığın tətbiqinə 3 gün qalmış birinci tərəf gözlənilməz açıqlama ilə çıxış edib.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xarici işlər naziri Con Kerri müvəqqəti atəşkəsin işə yaramayacağı təqdirdə "B” planının ortaya atılacağını deyib. Kerri bildirib ki, əgər daha çox gözləsək Suriyanı vahid ölkə olaraq əldə saxlamaq üçün gecikə bilərik.
İlk dəfə olaraq Suriyanın bölünməsi ehtimalını dilə gətirən ABŞ rəsmisi isə senatorların bölünmənin necə olacağı ilə bağlı suallarını cavablandırmayıb.
Ölkənin bölünməsi tərəfdarı olmadığını deyən Kerri addım atmayacaqları təqdirdə işlərin daha da çətinləşəcəyini deyib: "Rusiyada hazırda bu ehtimalı dəyərləndirir”.
Rusiyanın atəşkəsə əməl edib-etməyəcəyinə gəlincə Kerri "Gözləyib görəcəyik” cavabını verib.
ABŞ-ın "B” planı açıqlamasına Rusiyadan da rəsmi reaksiya gəlib. Putinin mətbuat katibi bildirib ki, hansısa digər plandan danışmaq tezdir. Hazırda ən vacib tapşırıq atəşkəsin elan edilməsidir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...