\"ABŞ bundan sonra Azərbaycana iqtisadi və siyasi dəstək verəcək\"

\
Bundan sonra ABŞ Azərbaycanda həyata keçirilən modernləşdirməyə dəstək ola bilər.
 

Bu barədə Milli.Az-a politoloq İlqar Vəlizadə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obamanın dəvəti ilə martın 31-də Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və bu çərçivədə keçirilən ikitərəfli görüşlər barədə fikirlərini bildirərkən deyib.

Politolqun fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə keçirilən görüşlərində hər iki tərəfdən səsləndirilən fikirlər onu göstərir ki, Azərbaycan-Amerika münasibətlərində ötən illərdəki şərti olaraq müşahidə edilən ağır vaxtlar geridə qalıb və yeni mərhələyə addımlayır:

"Yeni dövrün nə ilə səciyyələnəcəyini biz hələlik yalnız ehtimal edə, müxtəlif mülahizələr irəli sürə bilərik. Amma görüşlərdə səslənən fikirlərə əsasən, demək olar ki, artıq bir neçə istiqamət müəyyən olunub. Bu, ilk növbədə, enerji sahəsində tərəfdaşlıqdır. Bu mərhələdə iqtisadi məsələlər, eləcə də regional təhlükəsizlik, o cümlədən terrorizmlə mübarizə də mühüm rol oynayacaq. Çox güman ki, münasibətlərdəki siyasi format da dəyişəcək.

Yəni bu dövrdə artıq ABŞ-dan Azərbaycanda həyata keçirilən modernləşdirməyə dəstək gözləmək olar. Yəni Amerika Azərbaycandakı həm iqtisadi liberallaşmaya və həm də siyasi proseslərə dəstək verə bilər. Hər halda hər iki məsələdə Amerikanın dəstəyinə ehtiyac var. Güman ki, qarşıdakı illərdə sadalanan bu məsələlərdə irəliləyiş olacaq"


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...