Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır

Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır
ABŞ-da Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının Moskva ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin komandası azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun Putinə çatdırdığı məktubu araşdırır. Virtualaz.org xəbər verir ki,  bu barədə "The Washington Post” sənədlə tanış olan bir neçə mənbəyə istinadla yazır. Həmin məktub Tramp tərəfindən 2013-cü ildə göndərilmişdi.

Qəzet qeyd edir ki, bu Trampın Rusiya prezidenti ilə birbaşa əlaqə qurmağa yönəlmiş ilk cəhdi olub. Həmin məktubda Tramp Putini Moskvada keçiriləcək "Dünya gözəli” yarışmasına dəvət edirdi. Ağalarov isə həmin yarışmanın təşkilatçısı idi. Həmin məktubun məzmunu barədə məlumat verilmir. Amma məlumdur ki, o vaxt Tramp Tvitter-də belə yazmışdı: "Necə düşünürsünüz, Putin Moskvada keçiriləcək "Kainat gözəli” müsabiqəsinə gələcək? Əgər gəlsə o mənim ən yaxşı dostum olacaq”.

Bildirilir ki, Putin əvvəlcə dəvəti qəbul edib, amma son anda yarışmaya qatılmayıb və Trampa "dost məktubu” göndərib. Trampın vəkili isə qəzetin informasiyasını "absurd” adlandırıb, bildirib ki, həmin məktubun məzmunu ilə tanış deyil.

Bundan əvvəl xüsusi prokuror Robert Müllerin 2017-ci ilin yanvarında, Trampın səlahiyyətlərinin icrasına başlaması ərəfəsində Seyşel adalarında onun nümayəndəsinin Kremlə yaxın nüfuzlu şəxslə gizli görüşünü araşdırdığını yazmışdı. Həmin görüşdə Trampın komandası ilə Rusiya arasında gizli əlaqə kanalının qurulması müzakirə olunub.

Bu arada Ağ evdəki mənbələr bildirir ki, Tramp Müllerlə əməkdaşlıq etməyə və onun suallarına cavab verməyə  hazırdır. Bir şərtlə ki, xüsusi prokuror Rusiya təhqiqatını tez yekunlaşdırsın.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...