\"Ağ “Porsche”li oğlanı gözləyirəm\" - VİDEO

\
Müğənni Səidə Sultan  media nümayəndələri ilə görüşüb. 


Sənətçi Məmmədbağır Bağırzadənin "Bağışla” mahnısına çəkdirdiyi klipini təqdim edib.  

Mərasimə 1 saat gec gələn Səidə qonaqların könlünü rəqs etməklə almağa çalışıb. Daha sonra isə o, klipindən danışıb. Səidə bildirib ki, ekran işində geyimləri üzərində modelyer Elnarə Bəkirova çalışıb. 

Sultan şəxsi həyatı ilə bağlı suallarıda cavablandırıb. O bildirib ki, ərə getməsi ilə bağlı ona çox suallar ünvanlanır:

"Bu haqda danışmaqdan zəhləm gedir. Hər dəfə də bunla bağlı suallar ünvanlayırlar. İnsanlar da bu xəbərdən beziblər. Deyirlər, gedirsən get, getmirsən gözümüz aydın. Özüm də bu haqda xəbərlərə qıcıq oluram. Hələ ki, ağ atlı, ağ "Porsche”li oğlanı gözləyirəm. Zarafat bir yana, bu işlər qismətdən asılıdır.
Kişiləri çox qınayıram deyə mənimlə dolanmırlar. Deyirlər ki, kişi kimi hamıyla dalaşıram, ona görə də tək qalacam. Amma yaxşı kişiyə can qurban. Həyat xanımların qarşısına öz qismətini yetirsin ki, sonra peşman olmasınlar. Elə olur ki, sonradan etdiyin hər şeyi vurur başına. Mənim də peşman olduğum vaxtlar olub. İllərimə peşman olmuşam”./axsam.az
 

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...