Vaqif Əsədov xüsusi zolağa görə cərimələnən sürücülərin sayını - Açıqladı

Vaqif Əsədov xüsusi zolağa görə cərimələnən sürücülərin sayını - Açıqladı
Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb.
 


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Sfera.az-a bildirib ki, Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına nəzarət davam etdirilir:
"Mayın 5-dən bu günə və bu saatadək bu zolaqlara daxil olaraq qayda pozan 989 nəfər inzibati məsuliyyətə cəlb edilib”.

V.Əsədov sürücülərdən diqqətli olmalarını xahiş edib:
"Mümkün qədər yarışlar üçün nəzərdə tutulmuş zolaqlara daxil olmasınlar. Qayda pozuntusu ən çox Ziya Bünyadov, Atatürk və Tbilisi prospekti və 3-cü kənar dairəvi yolunda baş verib". 

Qeyd edək ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.

Gülnarə Eynullaqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR