Təhsİl

700 bal toplayanların sayı açıqlandı

700 bal toplayanların sayı açıqlandı
Təhsil eksperti Kamran Əsədov 2018-2019 - cu il üçün ali məktəblərə qəbul imtahanlarının yaz sessiyasının bəzi nəticələrini açıqlayıb:

Ekspert bildirib ki, ümumilikdə I - IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib ki, onlardan da 9.8 faizi, yəni 6754 nəfəri 500-700 arası bal toplayıb.

I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 - nəfər 500-700 arası bal toplayıb:

"II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb. III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 - 700 arası bal toplayıb. IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb. 2018-2019 - cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb. 10 nəfər maksimum nəticəni, 700 balı toplayıb”.

Nigar Məhərrəm
 Sfera.az

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930